#İsrail dronları

İsrailin Qəzzaya tətbiq etdiyi blokadanı yarmaq üçün yola çıxan Azadlıq (Sumud) Flotiliyasına qarşı növbəti pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirilib. Flotiliya rəhbərliyinin açıqlamasına görə, hücum nəticəsində xəsarət alan olmayıb, lakin gəmilərdən birində yanğın baş verib və Tunisli xilasedicilər tərəfindən qısa müddətdə söndürülüb.

Tunisin təhlükəsizlik qüvvələri Sidi Busaid limanında Azadlıq Flotiliyasının əsas gəmisinə qarşı həyata keçirilən dron hücumu ilə bağlı araşdırma aparır. Paytaxt Tunisdə keçirilən mətbuat konfransında Mağrib Flotiliyası İcra Komitəsinin üzvü Qəssan əl-Hənşiri bildirib ki, istintaq Tunisin təhlükəsizlik qurumları tərəfindən davam etdirilir.