Qırğızıstanın Milli İnvestisiya Agentliyindən verilən məlumata görə, 18 sentyabrda Bişkekdə Qırğızıstan-Türkiyə biznes forumu təşkil olunacaq. Tədbir Qırğızıstan və Türkiyənin dövlət qurumlarını, biznes dairələrinin nümayəndələrini və investisiya şirkətlərini bir araya gətirəcək.
#Bişkek
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Qırğızıstana rəsmi səfəri çərçivəsində bu gün, 22 avqustda iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən bir sıra mühüm sənədlərə imza atılıb. Dövlət başçıları “2025–2027-ci illər üçün Qazaxıstan–Qırğızıstan əməkdaşlığının kompleks planı” haqqında Yuxarı Dövlətlərarası Şuranın qərarını təsdiqləyiblər.
22 avqustda Qırğızıstan Prezidenti Sadır Japarov, rəsmi səfərlə Bişkekdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə dar tərkibdə görüş keçirib. Görüşdə iki ölkə arasında mövcud əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub.
Qırğızıstan Prezidenti Sadır Japarov bu gün Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva ilə görüş keçirib. Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın aktual məsələlərini, xüsusilə mədəni-humanitar və təhsil sahəsində əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər.
Səfər proqramına mühüm tədbirlər daxildir. Liderlərin iştirakı ilə Bişkekdəki “Üntümak” parkında “Dostluğun qızıl körpüsü” abidəsinin açılışı keçiriləcək. Həmçinin Qazaxıstanın Oş şəhərində Baş Konsulluğun rəsmi açılış mərasimi və L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin Oş filialının istifadəyə verilməsi planlaşdırılıb.
Qırğızıstan, Tacikistan və Özbəkistanın sərhəd kəsişmə nöqtəsi ilə bağlı saziş ratifikasiya olundu
Qırğızıstanın müdafiə naziri Ruslan Mukambetov bu gün Türkiyənin Bişkekdəki səfiri Mekin Mustafa Kemal Ökəm ilə görüş keçirib.