Pakistan və İran daxili işlər nazirləri Mərkəzi Asiyada keçirilən təhlükəsizlik toplantısı çərçivəsində Yaxın Şərqdə artan gərginlik fonunda vəziyyətin yumşaldılması və diplomatik səylərin davam etdirilməsi məsələlərini müzakirə ediblər.
#Bişkek
Qırğızıstan parlamentinin - Joqorku Keneşin yeni sədri (Toraga) vəzifəsinə deputat Marlen Mamataliyev seçilib. Xatırladaq ki, fevralın 12-də parlamentin iclasında əvvəlki sədr Nurlanbek Turğunbek uulu şəxsi istəyi ilə istefa verdiyini açıqlamışdı. O, qərarının könüllü xarakter daşıdığını və ölkədə qalaraq fəaliyyətini davam etdirəcəyini bildirmişdi.
Qırğızıstan parlamentinin - Joqorku Keneşin sədri Nurlanbek Turğunbek uulu vəzifəsindən öz istəyi ilə ayrıldığını açıqlayıb. O, parlament iclasında çıxışı zamanı bildirib ki, qərar tamamilə şəxsi xarakter daşıyır və ona qarşı hər hansı təzyiq göstərilməyib.Sabiq spiker çıxışında ölkədə sabitliyin qorunmasının vacibliyini qeyd edərək, Prezident tərəfindən başlanmış islahatların başa çatdırılmasının zəruriliyini önə çəkib.
Qırğız Respublikasına rəsmi səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova ilə Qırğız Respublikasının Prezidenti yanında Milli Elmlər Akademiyasının prezidenti cənab Kanatbek Abdrahmatov arasında görüş keçirilib. Görüşdə, həmçinin Ç.T. Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru, akademik cənab Abdıldajan Akmataliev, eləcə də İnstitutun baş elmi əməkdaşı, filologiya elmləri doktoru, manasşünas professor Jıldız Orozobekova iştirak ediblər.
Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi Səməd Həsənovun iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Qırğızıstan arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri, həmçinin idxal-ixrac əməliyyatlarının genişləndirilməsi və AZPROMO və Mərkəzi Asiya ölkələri üzrə Ticarət Nümayəndəliyinin Palata ilə yeni əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı investisiyaların cəlb edilməsinin və ikitərəfli ticarət dövriyyəsinin artırılmasının, eləcə də biznes missiyalarının mütəmadi təşkilinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, yeni layihələrin müəyyənləşdirilməsi və iki ölkənin işgüzar dairələrinin əməkdaşlığının inkişaf etdirilməsi məqsədi ilə Ticarət Nümayəndəliyi və Palata arasında dekabr ayında Bişkekdə görüşün keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev Bakıda Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini və onun gündəliyinin zəngin olduğunu deyərək, bunu ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyətin göstəricisi kimi qiymətləndirdi.
Qırğızıstanda keçirilən növbədənkənar parlament seçkilərində səsvermə yerli vaxtla saat 20:00-da başa çatıb. Bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Bu ilin oktyabr ayında Türk Dövlətləri Təşkilatına sədrlik Qırğızıstandan Azərbaycana keçəcək, "Regional sülh və təhlükəsizlik" şüarı altında sammit olacaq. Baş nazir Əli Əsədov Bişkekdə Türk Dövlətləri Təşkilatının hökumət başçılarının və onların müavinlərinin ilk toplantısında bildirib. "Keçiriləcək Sammit "Regional sülh və təhlükəsizlik" şüarı altında baş tutacaq. Bu, təsadüfi deyil, çünki bölgəmizin sabitliyi və təhlükəsizliyi bütün əməkdaşlıq təşəbbüslərimizin təməlini təşkil edir.
Türkiyə ilə Qırğızıstan arasında iqtisadi və strateji əməkdaşlığı gücləndirəcək 12-ci Dövr Türkiyə-Qırğızıstan Karma İqtisadi Komissiyası (KEK) Protokolu imzalanıb. Bişkekdə keçirilən görüşlər çərçivəsində Türkiyə vitse-prezidenti Cevdet Yılmaz və Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev əvvəlcə ikitərəfli, daha sonra nümayəndə heyətləri səviyyəsində danışıqlar aparıblar.
Qırğızıstan ərazisində 4,2 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə ölkənin Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Sarsıntıların episentri və dərinliyi barədə dəqiqləşdirmə işlərinin Qırğızıstan Sismologiya İnstitutu tərəfindən aparıldığı bildirilib.
Qırğızıstan Prezidenti Sadır Japarov Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində çıxışı zamanı iqlim dəyişikliyinin artıq abstrakt təhlükə yox, real təhlükə olduğunu bəyan edib. Japarov vurğulayıb ki, ŞƏT-ə üzv ölkələrin birgə fəaliyyəti qlobal istiləşmənin qarşısının alınmasında mühüm rol oynaya bilər.
Qırğızıstanın Milli İnvestisiya Agentliyindən verilən məlumata görə, 18 sentyabrda Bişkekdə Qırğızıstan-Türkiyə biznes forumu təşkil olunacaq. Tədbir Qırğızıstan və Türkiyənin dövlət qurumlarını, biznes dairələrinin nümayəndələrini və investisiya şirkətlərini bir araya gətirəcək.