Fənərbaxça, UEFA Avropa Liqasının qrup mərhələsindəki ilk oyununda bu gün Xorvatiyada Dinamo Zaqrebin qonağı olacaq. Maksimir Stadionunda baş tutacaq qarşılaşmanı fransız hakim Jerom Brizar idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da TRT 1-də canlı yayımlanacaq. Super Liqada son iki oyunundan heç-heçə ilə ayrılan Fənərbaxça, bu oyunda uğurlu nəticə əldə etməyə çalışacaq. Komandanın baş məşqçisi Domeniko Tedesko qarşılaşma öncəsi qələbəyə fokuslandıqlarını bildirib. Dinamo Zaqreb isə Xorvatiya çempionatında mövsümə yaxşı start verib – 7 oyunda 5 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə turnir cədvəlinə başçılıq edir.
#UEFA Konfrans Liqası
Xatırladaq ki, Sergen Yalçın 29 yanvar 2020-ci ildə Beşiktaş-ın baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda 2020-2021 mövsümündə həm Türkiyə Superliqasının, həm də Türkiyə Kubokunun qalibi olmuşdu.
Türkiyə Super Liqasının yeni mövsümündə ilk turda Alanyasporla qarşılaşması təxirə salınan Fenerbahçe, liqadakı ilk oyununu İzmir səfərində keçirəcək. Sarı-lacivərdlilər Göztepe ilə Gürsel Aksel Stadionunda üz-üzə gələcək.Görüş bu gün saat 21:30-da start götürəcək. Oyun Yasin Kolun idarəçiliyi ilə baş tutacaq. Ona yan xətt hakimləri olaraq Ceyhun Sesigüzel və Mehmet Kısal kömək edəcək.Fenerbahçe ötən mövsüm Super Liqanı ikinci sırada tamamlayaraq UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində oynamaq hüququ qazanmışdı. Klub ilk rəsmi oyununu Hollanda təmsilçisi Feyenoorda qarşı keçirmişdi.
Avropa kuboklarının ikinci təsnifat mərhələsində çıxış edən Azərbaycan təmsilçiləri uğurlu nəticə göstəriblər.
AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti dəfə təyinat alıb.
“Zirə”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Xorvatiyanın “Hayduk” klubuna qarşı keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.