Sammitin məqsədi əmək bazarında baş verən dəyişiklikləri, yeni peşə və bacarıqlarla bağlı tələbləri, texnologiya və innovasiyaların iş dünyasına təsirlərini peşəkar mühitdə müzakirə etmək, təhsil və məşğulluq sahələrində yeni çağırışlar nəzərə alınmaqla, bu ekosistem iştirakçılarının gələcək əmək bazarına hazırlıqlarını dəstəkləməkdir.
#Bakı
Bir neçə gün öncə paytaxtımızın məşhur restoranlarından biri olan “Soul Kitchen Terrace Baku”da Fələstin bayrağı mübahisəsi yaşanıb. Restoranın qonağı olan xarici müştərilər məkanın onlayn menyusunda dil seçimi bölümündə Ərəb dilinin qarşısında Fələstin bayrağının əks olunmasına etiraz ediblər. Onlar bu bölümdən Fələstin bayrağının dərhal çıxarılmasını, əks təqdirdə restoranı tərk edəcəklərini və “Soul Kitchen Terrace Baku”nu boykot etməyə çağıracaqlarını bildiriblər.
Neft sektoru üzrə 2025-ci ilin proqnozu ilə müqayisədə azalmaya səbəb Yanacaq Enerji Balansının göstəricilərinə əsasən, Azərbaycan Respublikasında istehsal olunan və daxili istehlaka yönəldilən Aİ-95 markalı avtomobil benzini istehsalının nəzərdə tutulmaması, istehlakın Aİ-92 markalı avtomobil benzini üzrə 239,9 min ton və ya 14,7 faiz, dizel yanacağı üzrə isə 298,5 min ton və ya 13,7 faiz azalma ilə proqnozlaşdırılmasıdır.
Dünya ticarət marşrutlarının yenidən bölüşdürülməsinə diqqət yönəldərkən, Azərbaycan addım-addım cənub istiqamətində mövqelərini gücləndirir və Şərqi Aralıq dənizi hövzəsinə çıxış əldə edir. Uzun illər sanksiyaların və təcridin təsiri altında qalan Suriya yenidən beynəlxalq marağın mərkəzinə çevrilir. Dəməşqin regional arxitekturada canlanmaqda olan rolu elə bir dövrə təsadüf edir ki, Bakı ixracın diversifikasiyasına və yeni enerji bazarlarının axtarışına sistemli şəkildə girişib. Beləcə, onilliklərdən sonra ilk dəfə elə bir formul yaranır ki, burada Azərbaycan və Suriya təkcə tərəfdaş deyil, həm də Yaxın Şərqin yeni enerji məntiqinin potensial müəllifləridir.
Gələn ildə də pensiyaların indeksləşdirilməsi və artırılması həyata keçiriləcək. Bununla, 2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyalarının artımı baş verəcək. Bunu bu gün Milli Məclisin deputatı Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 8-11 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
2026-cı il üçün əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği müəyyənləşdirilir. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsində öz əksini tapıb.
Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Zəfər Gününün beşinci ildönümünün qeyd olunması münasibətilə Bakı, Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil ediləcək.
Texnoloji yeniliklər və müasir tendensiyalarla ayaqlaşan Bakı Metropolitenində sərnişinlər artıq gedişhaqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” ilə ödəyə biləcəklər. Paralel olaraq “BakıKart”, “BirBank” və “M10”la ödəniş qüvvədə saxlanılır.
Sənəd ticarət, investisiya, elm və texnologiya kimi əsas sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün strukturlaşdırılmış və institusionallaşdırılmış mexanizm yaradır.
Bakıda keçiriləcək Zəfər Paradı ilə əlaqədar 5, 6 və 8 noyabr tarixlərində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyət səbəbindən 2 müntəzəm marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılır, 23 marşrutun hərəkət sxemi dəyişdirilir.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin balanslaşdırılması məqsədilə 2026-cı il dövlət büdcəsində 1 700 000 000 manat vəsait nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.