Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İtaliyanın paytaxtı Romada həmkarı Matteo Piantedozi ilə görüşüb. Görüş zamanı terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq və miqrant qaçaqmalçılığı ilə mübarizə kimi mühüm təhlükəsizlik məsələlərində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.