Suriya sərhədi boyunca uzanan Karkamış–Nusaybin Dəmiryolu Xətti ilə Mardin–Şenyurt arasındakı 350 kilometrlik hissədə aparılan təmir və yaxşılaşdırma işləri sürətlə davam etdirilir. Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib. Nazirin sözlərinə görə, ümumi uzunluğu 350 kilometr olan xəttin 325 kilometri Karkamış–Nusaybin, 25 kilometri isə Mardin–Şenyurt istiqamətindən ibarətdir. O bildirib ki, bölgədə vəziyyətin normallaşması ilə sərhəd boyunca uzanan bu strateji xətt yenidən istifadəyə hazırlanır.
#dəmir yolu bağlantısı
Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu hazırda CNN Türk-ün canlı yayımında Qars-İğdır-Aralık-Dilucu Yüksək Sürətli Dəmiryolu Xətti və Zəngəzur dəhlizi ilə bağlı açıqlamalar verir. Nazir bildirib ki, layihə çərçivəsində Qarsdan Naxçıvana qədər uzanan 224 kilometrlik xəttin 150 kilometri artıq hazırdır və bərpa olunacaq, qalan 20 kilometri isə Azərbaycan tərəfi tikəcək. Hər iki ölkənin əməkdaşlığı ilə xətt eyni vaxtda tamamlanacaq və Bakıdan Qars istiqamətində sərnişin və yük daşımaları mümkün olacaq. Uraloğlu qeyd edib ki, Zəngəzur dəhlizi 43 kilometrlik məsafəni əhatə edəcək və ən geci beş ildən sonra tam istifadəyə veriləcək. Bu yeni xəttin istifadəyə verilməsi ilə Bakı-Tbilisi-Qars marşrutuna alternativ təmin olunacaq və türk dünyası üçün daha qısa və problemsiz nəqliyyat marşrutu yaradılacaq.