#qida təhlükəsizliyi

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirə keçirilib. “Bakı KOB evi”ndə təşkil olunmuş tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi və s. dövlət qurumlarının və biznes assosiasiyalarının nümayəndələri, müvafiq sahədə fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak edib.

Azərbaycan müxtəlif dövlət və təşkilatlara halal sertifikatlaşdırma xidməti göstərir ki, bunlardan biri də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutudur. Bu sözləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. “İnstitut Türkiyə Respublikasının halal akkreditasiya qurumu tərəfindən akkreditasiya olunmuşdur və halal uyğunluq sertifikatı təqdim etmək hüququna malikdir”, - deyə Təhməzli bildirib.

UNICEF-in yeni hesabatına görə, dünyada ilk dəfə olaraq kök uşaqların sayı arıq uşaqların sayını ötüb. 5–19 yaş arası təxminən 188 milyon uşaq kökdür. Mütəxəssislər, ənənəvi qidalanma vərdişlərinin yerini ucuz və emal olunmuş qidaların almasının ciddi risk yaratdığını vurğulayırlar. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) uşaqların sağlamlığı ilə bağlı diqqətçəkən məlumatlar yayımlayıb. Dünyada ilk dəfə olaraq kök uşaqların sayı arıq uşaqların sayını keçib.