#süni intellekt və əmək bazarı

İngiltərədə aparılan yeni bir araşdırma, süni intellektə əsaslanan söhbət botlarının bəzi istifadəçilərdə psixozu tətikləyə biləcəyini ortaya çıxarıb. Xüsusilə psixoloji cəhətdən həssas fərdlər üçün bu texnologiyanın reallıqla bağlı algıları pozaraq ciddi zehni sağlamlıq problemlərinə yol aça biləcəyi bildirilir.

Bəzi mütəxəssislər belə nəticəyə gəlirlər ki, Qəzzada baş verənlər əslində bu proqramların sınaq mərhələsidir. Burada toplanan “təcrübə” sonradan dünyaya təqdim ediləcək: guya bu tip süni intellekt “terrorla mübarizə üçün” nəzərdə tutulub.Əslində isə bu, tarixdə ilk dəfə süni intellekt vasitəsilə mülki əhalinin qətli kimi təqdim olunacaq – guya alqoritmlərin təkmilləşdirilməsi və düzəldilməsi üçün həyata keçirilmiş bir eksperiment.

xAI-nin sahibi Mask, Grok 2.5-in model çəkilərinin və arxitekturasının Hugging Face platformasında ictimaiyyətə təqdim olunduğunu bildirib. Bu, istifadəçilərə modeli endirməyə, öz kompüterlərində işə salmağa və kodunu ehtiyaclarına uyğun dəyişdirməyə imkan verir. Mask həmçinin Grok 3-ün 2026-cı ilin fevralına qədər açıq mənbəli olacağını açıqlayıb. Grok 2.5, xAI-nin 2024-cü ildə buraxdığı ən son model olmasa da (Grok 4 və Grok 4 Heavy iyulda təqdim edilib), əvvəlki açıq mənbəli model Grok 1 ilə müqayisədə təkmilləşdirilmiş xüsusiyyətlərə malikdir və mühəndislik bilikləri olan istifadəçilər üçün funksional seçimdir. Modelin açıq mənbəli buraxılışı ilə bağlı Mask, süni intellektin yalnız texnologiya nəhənglərinin nəzarətində olmaması və hamı üçün əlçatan olması gərəkdiyini vurğulayıb.

Bu gün ChatGPT, Gemini, Claude və Grok kimi süni intellekt botları milyonlarla insan tərəfindən istifadə olunur. Lakin bunlar süni intellektin yalnız başlanğıcıdır. Əsl məqsəd – insan zəkanısını bütün sahələrdə üstələyəcək süni super zəka (ASI) yaratmaqdır. Texnologiya şirkətləri bunu “gələcəyin Ay səfəri” adlandırır.

Dubayın inkişaf planına görə, rəqəmsal transformasiyadan 27 milyard dollar əlavə edilərək 2033-cü ilə qədər əmirliyin iqtisadiyyatının həcmi iki dəfə artacaq. Strategiyanın bir hissəsi kimi Dubay dövlət qurumları süni intellekt üzrə rəhbər vəzifələr yaradacaq, AI kampusunu və Web3-ü işə salacaq, məlumat mərkəzlərinin sayını artırmağı planlaşdıracaq və AI üçün ticarət lisenziyasını tətbiq edəcək.