ABŞ Konqresində müdafiə naziri ilə bağlı impiçment təşəbbüsü irəli sürülüb, eyni zamanda Prezidentə qarşı Konstitusiyanın 25-ci düzəlişinin tətbiqi çağırışları səsləndirilib. ABŞ Konqresinin demokrat üzvü Yassamin Ansari ölkənin müdafiə naziri Pete Hegseth barəsində rəsmi ittiham maddələrinin təqdim ediləcəyini açıqlayıb.
#ABŞ Müdafiə Naziri
Proqram ABŞ-ı, müttəfiqləri və xaricdə yerləşən qüvvələri ballistik, kruiz və hipersəs raket təhdidlərindən qorumağı hədəfləyir. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 151 milyard dollar dəyərində olan SHIELD (Strategic Homeland Integrated Enhanced Layered Defense) adlı yeni raketdən müdafiə proqramının başladığını elan edib. Proqramın əsas məqsədi ABŞ ərazisini, müttəfiqləri və xaricdəki hərbi qüvvələri ballistik, kruiz və hipersəs raket təhdidlərindən qorumaqdır.
ABŞ Dövlət Departamenti, Polşaya 780 milyon dollar dəyərində hərbi satışa – 2 min 506 ədəd Javelin raketi və 253 buraxılış qurğusunun verilməsinə rəsmi olaraq razılıq verib. Bu barədə məlumat ABŞ Müdafiə Nazirliyinə bağlı Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyi (DSCA) tərəfindən yayımlanıb.
ABŞ Müdafiə Nazirliyi, Livan Ordusunun Hizbullahı silahsızlaşdırma səylərini dəstəkləmək məqsədilə 14,2 milyon dollarlıq təhlükəsizlik yardım paketini təsdiqlədiyini açıqlayıb. Pentaqonun bəyanatında bildirilib ki, yardım paketi Livan Ordusunun imkanlarını artırmağı, həmçinin Hizbullahın silah anbarları və paylama şəbəkələrinə nəzarəti gücləndirməyi hədəfləyir. Bundan başqa, bu dəstəyin Livanın suverenliyini möhkəmləndirməyə və bölgədə sabitliyin təmin edilməsinə töhfə verəcəyi vurğulanıb.
ABŞ prezidenti Donald Trampın administrasiyası Müdafiə Nazirliyinin (Pentaqon) adını dəyişərək onu “Müharibə Nazirliyi” adlandırmağı planlaşdırır. Hökumətin ən böyük qurumuna yenidən “Müharibə Nazirliyi” adının verilməsi üçün Konqresin qərarı lazım ola bilər. Bununla belə, Ağ Ev bu dəyişikliyi həyata keçirmək üçün alternativ yolları da araşdırır. Florida ştatından respublikaçı konqresmen Qreq Stiub illik müdafiə siyasəti qanun layihəsinə düzəliş təqdim edib. Bu dəyişiklik Pentaqonun adının dəyişdirilməsini nəzərdə tutur ki, bu da Konqresdə müəyyən respublikaçı dəstəyinin mövcudluğunu göstərir. Ağ Ev əlavə təfərrüat açıqlamayıb, amma Trampın ötən həftə ABŞ ordusunun hücum qabiliyyətlərinə diqqət çəkən bəyanatına istinad edib. Ağ Evin sözçüsü Anna Kelli bildirib: “Prezident Trampın da qeyd etdiyi kimi, ordumuz yalnız müdafiəyə deyil, hücuma da fokuslanmalıdır. Buna görə də o, Pentaqonda müxtəliflik, bərabərlik və inklüzivlikdən daha çox döyüşçülərə önəm verdi.”
ABŞ Müdafiə Nazirliyi Latın Amerikası yaxınlığındakı dəniz akvatoriyasına 4 mindən çox dənizçi və dəniz piyadası göndərir. “Bloomberg” agentliyinin məlumatına görə, bu addım prezident Donald Trampın narkokartellərə qarşı mübarizədə hərbi qüvvələrdən istifadə edə biləcəyini bəyan etməsindən sonra atılıb.
ABŞ Müdafiə naziri Pit Heqset 2026-cı ildə Tennessi ştatının qubernatoru vəzifəsinə namizədliyini irəli sürmək imkanını nəzərdən keçirir.