#Ukraynanın NATO üzvlüyü məsələsi

Kanada Ukraynaya 143 milyon dollar məbləğində hərbi yardım göstərəcəyini açıqlayıb. Kanada Müdafiə Nazirliyinin açıqlamasında bildirilib. "Kanada, NATO-nun Önəmli Ukrayna Ehtiyacları Siyahısı (PURL) çərçivəsində ABŞ-dan tədarük ediləcək kritik hərbi imkanları əhatə edən paketini alacaq. Kanadanın bu pakətə töhfəsi 200 milyon Kanada dolları (təxminən 143 milyon dollar) olacaq."- deyə açıqlamada bildirilib.

Alyaskadan sızan məlumatlara görə, Rusiya Donetsk və Luqanskdan ibarət Donbas bölgəsinə tam nəzarət etmək istəyir. Hazırda Luqanskin böyük hissəsini ələ keçirən Moskva Donetskin 6600 kvadrat kilometr ərazisinin də nəzarətinə iddia edir. Bunun əvəzində Rusiya Xarkov və Sumı vilayətlərində işğal etdiyi təxminən 450 kvadrat kilometrdən geri çəkilməyə hazır olduğunu bildirir. Həmçinin Xerson və Zaporojya vilayətlərindəki cəbhə xəttinin sərhəd kimi tanınmasını təklif edir.

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskini Krım məsələsindən və NATO-ya üzvlük hədəfindən əl çəkməyə çağırıb. O, bu iki mövzunun artıq gündəmdə olmadığını bildirib. Tramp Truth Social hesabında paylaşdığı açıqlamada bu gün Ağ Evdə Zelenski və Avropa liderləri ilə keçirəcəyi görüşün əhəmiyyətini vurğulayıb. O, Avropa liderləri ilə birgə sülh prosesinə dair mühüm müzakirələrin aparılacağını qeyd edib.