Türkiyənin Balıkesir vilayətində 6,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
#Zəlzələnin təsiri və nəticələri
Türkiyənin Balıkesir vilayətində baş verən zəlzələ nəticəsində zəlzələnin episentrinin yerləşdiyi Sındırqı rayonunda dağılan binaların sayı 10-a yüksəlib. Bununla bağlı Sındırqı rayonunun Bələdiyyə Başçısı Serkan Sak açıqlama verib.
Balıkesirdə baş verən zəlzələ ilə bağlı ilk andan etibarən bütün aidiyyəti qurumlarımız zəruri tədbirləri görür. Bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "X" sosial şəbəkəsindəki paylaşımında yer alıb.
Türkiyədə 6,1 bal gücündə baş verən zəlzələ Balıkesir vilayəti ilə yanaşı İzmir, Kütahya, Yalova, İstanbul, Manisa, Uşak, Aydın, Eskişehir, Sakarya və Tekirdağ vilayətlərində də hiss olunub. Zəlzələnin episentrinin yerləşdiyi Sındırqı rayonundada bir binanın dağıldığı bildirilib.
Kamçatka yarımadasında 6 bal gücündə zəlzələ baş verib. Bu barədə Rusiya Elmlər Akademiyasının (RAN) Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Rusiyanın şərqində yerləşən Kamçatka bölgəsində baş verən güclü zəlzələ, müasir dövrdə qeydə alınmış ən böyük təbii fəlakətlərdən biri kimi tarixə düşdü. 8,8 bal gücündə olan zəlzələ, dünyada baş vermiş ən güclü 10 zəlzələ siyahısına daxil edilib.
Türkiyənin Kütahya şəhər bu səhər ard-arda iki zəlzələ baş verib. İlk zəlzələ yerli saatla 07:15-də, ikinci isə 07:17-də qeydə alınıb. Hər iki təkan 3,8 bal gücündə olub.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Egey dənizində, Krit adası yaxınlığında 4,0 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.
Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib. Məlumata əsasən, zəlzələ Konya vilayətinin İlgin rayonunda yerli vaxtla saat 07:40 radələrində baş verib. Yeraltı təkanlar 15,6 kilometr dərinlikdə yerləşib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Malatyada 3,6 bal gücündə zəlzələ qeydə alınıb. Məlumata əsasən, zəlzələ yerin 10,19 kilometr dərinliyində baş verib. Hər hansı bir dağıntı və ya insan tələfatı qeydə alınmayıb.