Ukrayna Prezidenti Volodimir Zelenski İngiltərə və Fransanın nüvə silahı verməsi ehtimalı ilə bağlı danışarkən, belə bir təklif almadıqlarını, lakin təklif olunarsa, bunu məmnuniyyətlə qəbul edəcəklərini bildirib. O, Rusiyanın bu mövzudakı ittihamlarının əsassız olduğunu qeyd edib. Cəbhədəki vəziyyəti dəyərləndirən Zelenski, itirilmiş torpaqları geri almağın hazırda böyük insan itkisi hesabına başa gələcəyini, lakin bu ərazilərdən imtina etməyəcəklərini vurğulayıb. Prezidentin sözlərinə görə, əsgərlərin geri çəkilməsi Rusiyanın daha 200 min insanı əsir götürməsi və qətlə yetirməsi deməkdir. O, bu bölgələrin həm Ukraynanın müdafiə xətti, həm də "qırmızı xətti" olduğunu deyib.
#Ukrayna və Rusiyanın barışıq təklifləri
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə müharibənin dayandırılması istiqamətində davam edən səyləri müzakirə etdiklərini bildirib. Zelenski sosial media hesabındakı paylaşımında Tramp ilə telefon danışığı apardığını qeyd edib. Telefon danışığında ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun, Trampın kürəkəni və keçmiş baş müşaviri Cared Kuşnerin də iştirak etdiyini vurğulayan Zelenski, Vitkoff və Kuşnerin bu gün İsveçrənin Cenevrə şəhərində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ilə görüşəcəklərini xatırladıb.
İspaniya Baş naziri Sançez Ukrayna, Qəzzanın və Venesuelanın ərazi bütövlüyünün müzakirə mövzusu olmadığını bildirib. Bu barədə İspaniya Baş naziri Pedro Sançez sosial mediada hesabında paylaşım edib. "Bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət müzakirə mövzusu olmayan bir prinsipdir. Ukraynadan Qəzzaya, o cümlədən Venesuelaya qədər". - deyə Sançez qeyd edib. ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın "çox strateji" bir yer olduğu və ölkəsinin bu bölgəyə milli təhlükəsizlik səbəbləri ilə ehtiyac duyduğu barədə açıqlamasına cavab olaraq Sançez bildirib ki, "İspaniya həmişə Birləşmiş Millətlər Təşkilatına fəal şəkildə sadiq qalacaq və Danimarka və Qrenlandiya xalqları ilə tam həmrəylik nümayiş etdirəcək".
Ukrayna Prezidenti Vladimir Zelenski sabah ABŞ Prezidenti Donald Trampla müharibəyə son qoymaq üçün çərçivə sazişi barədə razılığa gəlməyə ümid etdiyini və Trampın sülh planının Rusiya ilə atəşkəs şərti ilə ümumxalq referendumuna çıxarıla biləcəyini söylədi. Amerika xəbər platforması Axios-a danışan Zelenski Ukrayna ilə ABŞ arasında ikitərəfli sazişlərin əsasən formalaşdığını, beş sənəd şəklində tərtib edildiyini və lazım gələrsə altıncı sənədin əlavə oluna biləcəyini bildirdi.
ABŞ Prezidenti Donald Tramp cümə günü Rusiya Prezidenti Vladimir Putin ilə Alyaskada görüş keçirəcək. Tramp bu gün Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə onlayn görüşdə iştirak edəcək. Tramp Zelenski və bəzi Avropa liderlərinin qatılacağı onlayn görüşdə Putinlə keçirəcəyi sammit öncəsi son vəziyyəti müzakirə edəcək. ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin 15 avqust cümə günü Alyaska ştatının Ankoric (Anchorage) şəhərində bir araya gələcəklər.