Suriya ordusu SDQ terror təşkilatının hücumlarına qarşı Hələbdə məhdud hərbi əməliyyat başladacağını açıqladı. Hələbdə Suriya ordusu qüvvələri ilə 10 mart tarixli razılaşmanı pozan SDQ terror təşkilatı arasında toqquşmalar davam edir. Suriya Rabitə Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb. Bəyanatda Suriya Ərəb Ordusunun SDQ terror təşkilatının davam edən hücumlarına cavab olaraq Hələbdə məhdud hərbi əməliyyat başladacağı bildirilib.Nazirlik Hələbdəki əməliyyatın məqsədinin pilotsuz təyyarə hücumlarını dayandırmaq, təhlükəsizliyi təmin etmək, Hələb-Əzəz yolunu yenidən açmaq və mülki şəxsləri qorumaq olduğunu vurğulayıb.
#Suriyada PKK varlığı
Türkiyə Milli Müdafiə Nazirliyi, son bir həftə ərzində İraqın şimalındakı sığınacaq bölgələrindən qaçan daha 5 PKK terrorçusunun təslim olduğunu bildirib. Türkiyə Milli Müdafiə Nazirliyi-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müşaviri və Nazirliyin sözçüsü Tuğamiral Zeki Aktürk, nazirlikdə keçirilən həftəlik mətbuat brifinqində çıxış edib. Tuğamiral Aktürk, Türkiyə Silahlı Qüvvələrinin ölkənin əmin-amanlığı, təhlükəsizliyi və sabitliyi üçün həyata keçirdiyi əməliyyatlar və axtarış fəaliyyəti barədə məlumat verib.
Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) İraqın şimalında sığınacaqlarını tərk edən daha üç PKK terrorçusunun ötən həftə təhlükəsizlik qüvvələrinə təslim olduğunu açıqlayıb.
Terror təşkilatı PKK-nın silah buraxmaq üçün hazırlaşdığı iddia olunur.