#COP29

"Mən COP29-a tamamilə heyran qalmışam. Tədbirin təşkili fantastik səviyyədədir. Bu gün burada, Bakıda 120-dən çox dövlət başçısı bir araya gəlib. Bu, məndə yalnız qürur hissi yaradır. Anlayıram ki, Azərbaycan belə böyük hadisə sayəsində hansı perspektivləri əldə edə bilər", – deyə E.Ağalarov bildirib.

Bu gün "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş direktoru Taleh Ziyadov, "Qazaxıstan Dəmir Yolları" SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev və "Xi’an Free Trade Port Consruction and Operation Co Ltd"-nin Baş direktoru Yuan Xiaojun liman ərazisində yeni İntermodal Yük Terminalının inşası üçün müəssənin yaradılmasına dair Saziş imzalayıblar.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən COP29 Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, İspaniya Krallığı Hökumətinin sədri Pedro Sançez və FIFA-nın prezidenti Canni İnfantino ilə görüşlər keçirib.

Azad edilmiş ərazilərimizə də turumuz mövcuddur. Bunlardan Şuşa turunu qeyd etmək istərdim. Turlar birgünlük nəzərdə tutulub. Bu gündən artıq saytda da turlar haqqında məlumat olacaq. Biz düşünürük ki, hazırda sessiyaların aktiv fazasıdır. Bu turlara maraq həftəsonu daha da artacaq.

Noyabrın 12-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.