VOA xəbər verir ki,müdafiə Nazirliyinin rəsmi bəyanatında qeyd olunur ki, Riyadın yaşayış məntəqələrini hədəf alan raket havada zərərsizləşdirilib. Digər bir raketin isə boş əraziyə (insan yaşamayan bölgəyə) düşdüyü bildirilir. Hadisə nəticəsində hər hansı maddi ziyan və ya tələfat qeydə alınmayıb.
#Hava hücumundan müdafiə
Səudiyyə Ərəbistanı və Küveyt bazar günü axşam saatlarında İran raketlərinin qarşısını aldıqlarını açıqlayıb. Bəhreyn də ABŞ və İsrailin İrana qarşı müharibəsinə cavab olaraq həyata keçirilən bu hücumlar fonunda həyəcan siqnallarını işə salıb. Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi bəyanatında paytaxt Ər-Riyaddan cənub-şərqdə, Əl-Xərc əyalətində yerləşən Şahzadə Sultan aviabazasına doğru atılan iki ballistik raketi zərərsizləşdirdiyini və məhv etdiyini bildirib. Daha sonra Nazirlik bazar ertəsi səhər saatlarında Rüb əl-Xali səhrasında Şeybə yatağına doğru hərəkət edən bir PUA-nın zərərsizləşdirilərək məhv edildiyini açıqlayıb.
İrana qarşı müharibə başlayandan bəri ABŞ ordusu, İranın ABŞ-İsrail hücumuna cavab olaraq Körfəz ölkələrinə atdığı ucuz "Şahid" pilotsuz uçuş aparatlarının (PUA) qarşısını almaq üçün az xərcli yollar axtarır.
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi krallığın strateji enerji infrastrukturuna qarşı planlaşdırılan hücumun qarşısının alındığını elan edib. VOA xəbər verir ki, Nazirliyin rəsmi sözçüsü tərəfindən verilən bəyanatda bildirilir ki, ölkənin cənub-şərqində yerləşən nəhəng Şeyba neft yatağını hədəf alan 4 pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən vaxtında aşkar edilərək Rübül-Xali səhrası üzərində zərərsizləşdirilib.
Norveç Ukrayna üçün hava hücumundan müdafiə sistemlərinin alınmasına təxminən 7 milyard kron (695 milyon dollardan çox) ayıracaq. Bu barədə Norveç hökumətinin yaydığı bəyanatda qeyd olunub.
Litva Ukrayna üçün "Patriot" zenit-raket sistemlərinin alınmasına 30 milyon avro ayıracaq.
Ukrayna prezidenti Vladimir Zelenski Hollandiyanın Haaqa şəhərində keçirilən NATO Sammitində çıxış edərək müttəfiqlərdən hərbi dəstəyi, xüsusilə də hava hücumundan müdafiə sistemlərini davam etdirmələrini istəyib.
İsrail ordusu İrandan ölkəyə yeni raket hücumu həyata keçirildiyini açıqlayıb və əhalidən sığınacaqlara çəkilməyi tələb edib.