2025 -ci ilin iyununda Özbəkistandan Türkiyəyə 72 min 326 turist səfər edib ki, bu da 2024-cü ilin iyunu ilə müqayisədə 20,74 faiz çoxdur. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı 1,25 faiz təşkil edib. 2025-ci ilin yanvar-iyun aylarında Özbəkistandan Türkiyəyə 288 min 11 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,16 faiz çoxdur.
#Türkiyəli turistlər
2025 -ci ilin iyununda Türkmənistandan Türkiyəyə 16 min 611 turist səfər edib ki, bu da 2024-cü ilin iyunu ilə müqayisədə 26,76 faiz çoxdur. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Türkmənistan vətəndaşlarının payı 0,29 faiz təşkil edib. 2025-ci ilin yanvar-iyun aylarında Türkmənistandan Türkiyəyə 87 min 71 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,16 faiz çoxdur.
2025 -ci ilin iyununda Qırğızıstandan Türkiyəyə 18 min 937 turist səfər edib ki, bu da 2024-cü ilin iyunu ilə müqayisədə 3,65 faiz azdır. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı 0,33 faiz təşkil edib. 2025-ci ilin yanvar-iyun aylarında Qırğızıstandan Türkiyəyə 98 min 840 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,23 faiz çoxdur.
2025 -ci ilin iyununda Qazaxıstandan Türkiyəyə 129 min 836 turist səfər edib ki, bu da 2024-cü ilin iyunu ilə müqayisədə 11,30 faiz azdır. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qazaxıstan vətəndaşlarının payı 2,25 faiz təşkil edib. 2025-ci ilin yanvar-iyun aylarında Qazaxıstandan Türkiyəyə 333 min 655 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,75 faiz azdır.
Türkiyə dünya üzrə ən çox turist cəlb edən ölkələr sıralamasında 4-cü yerə yüksəlib.