#Türkiyənin Milli Müdafiə nazirliyi

Türkiyə, hava qüvvələrinin gücləndirilməsi istiqamətində strateji bir addım atmağa hazırlaşır. 5-ci nəsil milli döyüş təyyarəmiz KAAN inventarda yerini alana qədər, qısa və orta müddətli dövrdə 40 ədəd Eurofighter, yeni nəsil F-16 və F-35 təyyarələrinin alınması planlaşdırılır. Türkiyənin uzunmüddətli hava qüvvələri planlamasında KAAN mühüm rol oynayacaq. Lakin bu keçid dövründə Eurofighter, yeni nəsil F-16 və F-35 kimi platformalar dəstəkçi əsas elementlər kimi ön plana çıxır. Göy Vətənin (Türkiyə hava məkanı) müdafiəsini gücləndirmək üçün bütün ehtimalları nəzərdən keçirən Türkiyə, 5-ci nəsil milli təyyarə KAAN inventarda yerini alana qədər alternativlər üzərində diplomatik danışıqlar aparmağa davam edir.

Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) mənbələri bildiriblər ki, Suriya Demokratik Qüvvələri (SDQ) 2025-ci il martın 10-da Suriya hökuməti ilə imzalanmış razılaşmanın şərtlərinə əməl etmir və separatçı ritorika ilə prosesi pozur. Mənbələr qeyd edib ki, SDQ-nin avqustun 8-də Həsəkədə keçirilən konfransda səsləndirdiyi açıqlamalar razılaşmanın prinsiplərinə ziddir. “Terror təşkilatı SDQ-nin təxribatçı və bölücü davranışları Suriyanın siyasi birliyini və ərazi bütövlüyünü pozur. Suriya hökuməti isə bütün etnik, dini və məzhəb fərqlərinə son qoymağı hədəfləyən əhatəli yanaşma nümayiş etdirir.” - deyə bildirilib.

Türkiyənin Milli Müdafiə Naziri Yaşar Güler, rəsmi səfərlə Ankaraya gələn Suriya Müdafiə Naziri Murhef Əbu Kasra, Xarici İşlər Naziri Əsəd Həsən Şeybani və Ümumi Kəşfiyyat İdarəsinin rəhbəri Hüseyn əl-Səlimə ilə bir araya gəlib. Milli Müdafiə Nazirliyinin sosial media hesabında yayılan məlumata görə, görüş Milli Müdafiə Nazirliyinin binasında baş tutub və ikitərəfli, həmçinin regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə olunub.

Türkiyənin milli müdafiə naziri Yaşar Güler “Türkiyə Yüzili Görüşmələri” çərçivəsində Hakkariyə səfər edib. Nazir səfər çərçivəsində şəhərdəki müəllimlər evində yerli protokol nümayəndələri ilə görüşüb. Güler çıxışında Hakkarinin Türkiyənin ən qədim və önəmli şərq sərhəd şəhərlərindən biri olduğunu bildirib. Onun sözlərinə görə, Hakkari bənzərsiz təbiəti, mövcud imkanları və istedadlı insanları ilə ölkənin ən dəyərli bölgələrindən biridir.

Türkiyənin milli müdafiə naziri Yaşar Güler, daxili işlər naziri Ali Yerlikaya və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Milli Müdafiə Nazirliyində görüş keçiriblər. Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabında verilən açıqlamaya əsasən, Türkiyə Milli Müdafiə Naziri Yaşar Güler, Daxili İşlər Naziri Ali Yerlikaya və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Türkiyə Milli Müdafiə Nazirliyində bir araya gəliblər. Mətbuata qapalı şəkildə keçirilən görüşə dair bir foto da paylaşılıb.

Türkiyə Milli Müdafiə Nazirliyi, son bir həftə ərzində İraqın şimalındakı sığınacaq bölgələrindən qaçan daha 5 PKK terrorçusunun təslim olduğunu bildirib. Türkiyə Milli Müdafiə Nazirliyi-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müşaviri və Nazirliyin sözçüsü Tuğamiral Zeki Aktürk, nazirlikdə keçirilən həftəlik mətbuat brifinqində çıxış edib. Tuğamiral Aktürk, Türkiyə Silahlı Qüvvələrinin ölkənin əmin-amanlığı, təhlükəsizliyi və sabitliyi üçün həyata keçirdiyi əməliyyatlar və axtarış fəaliyyəti barədə məlumat verib.

ROKETSAN-ın baş direktoru Murat İkinci, yerli və milli imkanlarla hazırlanmış ballistik raket sistemi TAYFUN BLOK-4-ün inkişaf mərhələsinin sonlarına yaxınlaşdığını və test atışlarına yaxın zamanda başlanacağını açıqlayıb.