#İstanbul

Martın 2-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı, Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğu, “Zeynəbiyyə” Məscidi və Mədəniyyət Mərkəzinin dəstəyi ilə İstanbul şəhərində yaşayan azərbaycanlı soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib.

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Təhlükəsizlik Baş İdarəsinin (EGM) İstanbulda həyata keçirdiyi birgə əməliyyat nəticəsində terror aktı hazırlığında olan DHKP-C terror təşkilatının 4 üzvü yaxalanıb. MİT-in İstanbuldakı qeyri-qanuni strukturlaşmalara qarşı apardığı kəşfiyyat işləri nəticəsində təşkilat üzvlərinin kritik nöqtələrə qarşı silahlı və bombalı hücum hazırlığında olduğu müəyyən edilib. Terrorçuların strateji hədəfləri hədəf aldığı aşkarlandıqdan sonra MİT və İstanbul Polis İdarəsi koordinasiyalı şəkildə hərəkətə keçib. 2026-cı il fevralın 25-də həyata keçirilən eyni vaxtlı basqınlar nəticəsində hücum planlaşdıran 4 terrorçu saxlanılaraq nəzarətə götürülüb.

İstanbulun Esenyurt rayonunda iki yeni məktəbin tikintisi üçün açıq tender elan olunub. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən sonra 750 gün təşkil edir. Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib ki, məhkəmə xidmətlərinin vətəndaşlara daha səmərəli şəkildə təqdim edilməsi, kommersiya mübahisələrinin ən qısa müddətdə həll olunması və ticari etimadın artırılması məqsədilə işlər fasiləsiz davam etdiriləcək. Nazir sosial media hesabında paylaşdığı açıqlamada kommersiya işlərində proseslərin uzanmasının qarşısını almaq və tətbiq birliyini təmin etmək üçün addımların qətiyyətlə atıldığını vurğulayıb.

2025-ci ilin yanvar- dekabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə 123 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 71 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 512 milyon 100 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 323 milyon 545 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

UEFA Çempionlar Liqasının son 16 play-off mərhələsinin ilk oyununda Türkiyənin Qalatasaray klubu İtaliyanın Yuventus komandasını qəbul edəcək. Qalatasaray sabahkı oyuna bir neçə itki ilə çıxacaq. Qabonlu yarımmüdafiəçi Mario Lemina sarı vərəqə cəzası səbəbindən meydana çıxa bilməyəcək. Bundan əlavə, UEFA siyahısına daxil edilməyən Arda Ünyay, Renato Nhaqa və Can Armando Güner də oyunda iştirak etməyəcək.

İstanbulda OnlyFans platformasında əxlaqsız məzmun paylaşan şəxslərə qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı 16 şübhəli saxlanılıb, onlara məxsus 2 şirkət, 10 daşınmaz əmlak və 14 nəqliyyat vasitəsi üzərinə həbs qoyulub. İstanbul Polis İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə “Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması” və “Əxlaqsızlıq” maddələri üzrə araşdırmaya başlayıblar.

İstanbul mərkəzli 22 vilayətdə MLKP silahlı terror təşkilatına qarşı keçirilən əməliyyatda həbs olunanların sayı 77-yə yüksəlib. İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi və Kəşfiyyat Şöbəsi əməkdaşları tərəfindən MLKP silahlı terror təşkilatının fəaliyyətlərinin ifşa edilərək qarşısının alınmasına yönəlmiş işlər çərçivəsində saxlanılan 46 şübhəlinin polis bölməsindəki prosedurları tamamlanıb.

"Fənərbağça" Türkiyə Kubokunda növbəti oyununu keçirib. C qrupunda yer alan İstanbul klubu III turda "Ərzurumspor"u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Fənərbağça"nın qollarını Marko Asensio və Anderson Talişka (2) vurublar. Qonaq komandadan isə Mustafa Fəttahoğlu fərqlənib.

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İsrailin kəşfiyyat xidməti MOSSAD-a bağlı casusluq fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı İstanbulda genişmiqyaslı əməliyyat həyata keçirib. İstanbul Respublika Baş Prokurorluğu və İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi ilə birgə keçirilən “MONİTUM” əməliyyatı çərçivəsində MOSSAD adına casusluq fəaliyyəti göstərdiyi müəyyən edilən Mehmet Budak Derya və Veysel Kerimoğlu saxlanılıb.