Birləşmiş Ərəb Əmirlikləri Hökuməti həmin ölkənin Azərbaycan Respublikasındakı Səfirliyi vasitəsilə Azərbaycan Respublikasında həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi göstərəcək.
#ANAMA
Azərbaycanda hazırda baş tutan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbiri çərçivəsində "Cığırın Təmizlənməsi: İqlim dayanıqlılığı və dayanıqlı inkişaf üçün mina təhlükəsi ilə mübarizə" mövzusunda yan tədbir keçirilib.
İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə daha üç minaaxtaran it təqdim edilib.