ABŞ Prezidenti Donald Trampın İran rəhbərliyinə çərşənbə axşamına qədər vaxt qoyaraq, Hörmüz boğazı açılmayacağı təqdirdə ölkənin bütün elektrik stansiyalarının və körpülərinin məhv ediləcəyini bəyan etməsi fonunda BMT Təhlükəsizlik Şurası strateji əhəmiyyətli su yolunun yenidən açılması üçün Rusiya və Çinin etirazları ilə mətni iki dəfə yumşaldılmış qərar layihəsini bu gün səsverməyə çıxarır.
#Elektrik stansiyaları
Fransada təsirini göstərən “Nils” fırtınası səbəbindən 850 minə yaxın ev təsərrüfatında elektrik enerjisi kəsilib. Fransanın Milli Meteorologiya Xidməti “Meteo-France”ın məlumatına görə, güclü külək, daşqın və qar uçqunu riski ilə əlaqədar 5 departament üzrə qırmızı, 29 departament üzrə isə narıncı xəbərdarlıq elan olunub. Ölkənin cənub-qərbində küləyin sürəti saatda 162 kilometrə çatıb.
Bu ilin ilk 9 ayı üzrə operativ məlumatlara əsasən, respublikada elektrik enerjisinin istehsalı 12,1 milyon kVt/saat, yəni 0,1% artaraq 21,799 milyard kVt/saat olub. Məlumata görə, bu dövrdə istilik elektrik stansiyalarında (İES) 18,659 milyard kVt/saat, su elektrik stansiyalarında (SES) 2,414 milyard kVt/saat, digər mənbələr üzrə isə 724,8 milyon kVt/saat, o cümlədən külək elektrik stansiyalarında 30,5 milyon kVt/saat, günəş elektrik stansiyalarında 511 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 183,3 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Türkiyə 2025-cü ilin iyul ayında İraqa elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 32,4 faiz artaraq, 73 milyon 130 min 7 dollara çatdırıb. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən İraqa elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 35,4 faiz azalaraq, 514 milyon 441 min 98 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 9 milyard 890 milyon 918 min dollara bərabər olub.
Husilərə məxsus “Al Masirah” telekanalının məlumatına görə, zərbədən sonra stansiya fəaliyyətini dayandırıb və yanğın baş verib. Yanğın qısa müddət ərzində söndürülüb. Hazırda texniki xidmət və bərpa işlərinə başlanılıb. Husi hökumətinin baş nazir müavini Məhəmməd Miftah obyektin əvvəlki vəziyyətinə qaytarılacağını bildirib.
Türkiyə-Suriya qaz kəməri ilə nəql edilən təbii qaz Suriyanın mərkəzində yerləşən Homs əyalətindəki Cender qaz elektrik stansiyasına çatıb. Növbəti mərhələdə qaz Cender elektrik stansiyasından Dəməşq yaxınlığında yerləşən Nəsiriyyə və Təşrin istilik elektrik stansiyalarına göndəriləcək.