İran Prezident Administrasiyası dövlət yayımçısı IRIB-i Prezident Məsud Pezeşkianın açıqlamalarını senzura etməkdə ittiham edib. Müşahidə şurasının sözçüsü Məhəmməd Mirzayi dövlət televiziyasını daha geniş siyasi baxışlara yer verməyə çağırıb. O bildirib ki, IRIB milli birliyi gücləndirən platforma olmalıdır. Mirzayi rəhbərliyi gələcək yayım qalmaqallarının qarşısını almaq üçün tədbirlər görməyə çağırıb. Mübahisə Prezident Pezeşkianın televiziya müsahibəsinin bəzi hissələrinin yayımlanmaması ilə bağlı yaranıb. IRIB hələlik bu iddialara münasibət bildirməyib. Hadisə İranda dövlət mediasının fəaliyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
#Prezident Administrasiyası
Azərbaycan ilə NATO arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Bütün tərəfdaşları sülh gündəliyinə dəstək olmağa çağırırıq
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və tamsəlahiyyətli səfiri ilə görüşüb.
Hikmət Hacıyev Çin Xalq Respublikasının Kibermühit Administrasiyasının naziri ilə görüşüb.
Azərbaycana məxsus gəmilər Aİ-nin sanksiya siyahısından çıxarılıb.
Cənubi Qafqazda yeni bölücü xətlərin yaradılmasından çəkinmək lazımdır
Azərbaycan sülh gündəliyinə tam sadiqdir.
2020-ci il noyabrın 10-dan 2026-cı il aprelin 1-dək 421 nəfər minaya düşüb, onlardan 72-si həyatını itirib
Ş.Mövsümov əlavə edib ki, ötən il Orta Dəhliz vasitəsilə Azərbaycan üzərindən ümumilikdə 4,7 milyon ton yük daşınıb.
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib.
Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər. Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib