"İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin.... Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi.""
#Prezident Administrasiyası
Bu gün Ümummilli Lideri Heydər Əliyevin anım günüdür.
Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş Qərargahını ziyarət edib. Bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyi "X" sosial şəbəkə hesabındakı paylaşımında qeyd olunub. Brüsselə səfəri çərçivəsində NATO Baş Qərargahında Azərbaycan Prezidentinin köməkçisi NATO-nun Şimal Atlantik Şurasının səfirləri, eləcə də Baş katibin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Ruqe Borislə görüşüb.
Bu gün biz əminliklə deyə bilərik ki, Türk dünyası həqiqətən də bizim ailəmizdir
Samir Nuriyevin sədrliyi ilə Zəngilanda Qərargahın 5 illik fəaliyyətinə həsr olunan iclas keçirilib.
Zəngilana səfər çərçivəsində Əlaqələndirmə Qərargahının üzvləri şəhər ərazisində bir sıra obyektlərə, o cümlədən Zəngilan şəhər məscidinə, Zəngilan şəhər yaşayış kompleksinə, məktəb və uşaq bağçası binalarına baxış keçirilib. Bundan əlavə, Əlaqələndirmə Qərargahının üzvləri Zəngilan Hotel Kompleksində görülən işlərlə tanış olublar.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Natiq Nuşravan oğlu Ağayev bu gün kollektivə təqdim olunub. Yeni icra başçısını Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
Noyabrın 13-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Ceyhun Ramiz oğlu Cəlilovu muxtar respublikanın ictimaiyyətinə təqdim edib.
Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO üzv dövlətlərinin Azərbaycan səfərində olan daimi nümayəndələri ilə görüşüb
Zəngəzur dəhlizi Azərbaycan-Ermənistan sərhədinə doğru yekun mərhələyə çatır.
Biz Prezident İlham Əliyevin izi ilə diplomatik korpusun üzvləri ilə birlikdə Cəbrayıl və Zəngilan rayonlarında səfərdəyik.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniya Parlament Cəmiyyətində hökumətin, Bundestaqın, beyin mərkəzlərinin, aparıcı KİV-lərin nümayəndələri ilə görüş keçirib.