Mehriban Əliyeva növbəti beş il müddətinə yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.
#Azərbaycan Gimnastika Federasiyası
9 noyabr tarixində Gəncə İdman Sarayında ilk dəfə Aerobika gimnastikası üzrə Avropa çempionatı keçirilib. Gənclər və 15 yaşadək idmançılar arasında təşkil olunan bu 1-ci Avropa çempionatında 20 ölkədən 380 gimnast iştirak edib. Yarış iştirakçıları fərdi, üçlük, qrup və aerodans proqramları üzrə çıxış ediblər.
Tamblinq üzrə təmsilçimiz Tofiq Əliyev yarışda tarixi nailiyyətə imza atıb. Gimnastımız tamblinq cığırında çətin element olan üçlü salto və üçlü vint kombinasiyasını uğurla icra edərək 30.500 xal toplayıb və gümüş medala layiq görülüb.
28 iyul-1 avqust tarixlərində Bakıda, Milli Gimnastika Arenasında ilk dəfə olaraq Avropa Gimnastikasının batut gimnastikası üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilib.