#ABŞ-ın Ankara səfiri namizədi Tom Barak

Barak dünən Beyrutda Livan prezidenti Cozef Aun ilə görüşündə atəşkəs razılaşmasının addım-addım həyata keçirildiyini qeyd edib. O, Livanın Hizbullahın tərksilahı ilə bağlı öhdəlik götürdüyünü, indi isə növbənin İsraildə olduğunu vurğulayıb. Səfirin sözlərinə görə, noyabrda əldə olunan razılaşma İsrail qoşunlarının Livandan tam çıxarılmasını nəzərdə tutsa da, hazırda beş sərhəd bölgəsində İsrail hərbçiləri qalmaqdadır. Jurnalistlərin geri çəkilmənin növbəti addım olub-olmayacağı ilə bağlı sualına isə Barak “məhz belədir” cavabını verib. O həmçinin Vaşinqtonun İsraillə təmaslarını davam etdirdiyini və yaxın həftələrdə prosesdə irəliləyiş ola biləcəyini qeyd edib.

BMT-nin Suriya üzrə Təhqiqat Komissiyası yeni hesabatında bildirir ki, Suriya sahillərində mart ayında başlayan və silsilə qətllərlə nəticələnən məzhəblərarası toqquşmalarda keçmiş prezident Bəşər Əsədə sadiq yaraqlılar və Suriya hökumət qüvvələri tərəfindən hərbi cinayətlərin törədilməsi ehtimalı mövcuddur. Lakin komissiya hökumətin bu hücumları həyata keçirmək üçün birbaşa siyasət və ya göstəriş verdiyinə dair sübut tapmadığını vurğulayıb.

Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) mənbələri bildirir ki, 10 mart 2025-ci il tarixində Suriya hökuməti ilə SDG terror təşkilatı arasında əldə olunan razılaşmaya əsasən, il sonuna qədər terror təşkilatının Suriya ordusuna inteqrasiyası təmin edilməlidir. SDG-nin Suriya ordusuna inteqrasiyası ilə bağlı sahədəki inkişafları yaxından izləyirik.