#Türkiyə-Fransa ikitərəfli əlaqələri

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makron ilə qarşı tərəfin istəyi əsasında telefon danışığı həyata keçirdi. Görüş zamanı Türkiyə-Fransa ikitərəfli münasibətləri, Ukrayna-Rusiya münaqişəsi, həm regional, həm də qlobal məsələlər müzakirə olundu. Ərdoğan danışıq zamanı Türkiyə ilə Fransa arasındakı əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğunu vurğuladı və bu məqsədlə addımların davam etdiriləcəyini bildirdi. O, Türkiyənin Ukrayna ilə Rusiya arasındakı müharibənin ədalətli və davamlı sülh yolu ilə sona çatması üçün maksimum səylər göstərdiyini qeyd etdi.

Yunan mətbuatı Ankara-Paris xəttində artan diplomatik təmasların və müdafiə sənayesi əməkdaşlığına dair mesajların Afinada təcrid olunma qorxusu doğurduğunu yazıb. Prezident Rəcəb Tayyib Ərdoğanın Fransa lideri Emmanuel Makronu “dəyərli dost” adlandırması və BMT sammitində planlaşdırılan görüş bu narahatlıqları daha da gücləndirib. “Thess Today” nəşri Türkiyə və Fransanın yeni əməkdaşlıq səhifəsi açdığını, Yunanıstanın isə prosesdə passiv qaldığını vurğulayıb. Məqalədə “Bizim yalnız Rafale təyyarələrimiz qalıb. Türkiyə sahədə qalib gəlir, biz isə masada qalırıq” ifadəsi yer alıb. Digər tərəfdən, “belə davam edərsə, hətta Kipr də üzümüzü döndərə bilər” kimi qeydlər də Yunan ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

Prezidentin Kommunikasiyalar İdarəsinin yaydığı məlumata görə, Fransa tərəfinin təşəbbüsü ilə baş tutan söhbətdə iki ölkə arasında ikitərəfli əlaqələr, Rusiya-Ukrayna müharibəsi və Qəzzadakı son durum müzakirə olunub. Prezident Ərdoğan Türkiyənin Ukrayna-Rusiya müharibəsini ədalətli sülh yolu ilə başa çatdırmaq üçün səylərini davam etdirdiyini və tərəflər arasında danışıqlara ev sahibliyi etməyə hazır olduğunu vurğulayıb. Dövlət başçısı, həmçinin, Qəzzada humanitar fəlakətin dərinləşdiyini, atəşkəsin vacibliyini və İsrailin bölgədəki addımlarının cilovlanmasının zəruriliyini diqqətə çatdırıb.