İrana məxsus neft tankeri Ərəb dənizi üzərindən keçərək ölkənin ərazi sularına daxil olub. İran ordusunun açıqlamasına görə, bu keçid bölgədə tətbiq edilən dəniz mühasirəsinə baxmayaraq həyata keçirilib.
#HDQ
Türkiyə HDQ nümayəndə heyəti Azərbaycanda olub. Görüşdə elektron naviqasiya məlumatları və təcrübə mübadiləsi müzakirə edilib.
Sentyabrın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Vyetnam Sosialist Respublikasının Hərbi Dəniz Qüvvələri Komandanlığının (HDQ) qərargahında olub. Bu barədə AzerVoice-ə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, əvvəlcə Hanoy şəhərində yerləşən "Qəhrəmanlar və Şəhidlər abidəsi" və Prezident "Ho Chi Minh" mavzoleyi ziyarət edilib, şəklillər qoyulub. Daha sonra müdafiə naziri Vyetnam HDQ komandanı vitse-admiral Tran Thanh Nghiem ilə görüşüb. Görüş zamanı hər iki ölkənin HDQ-ləri arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.