İstanbul Hava Limanı gündəlik orta hesabla 1624 uçuşla bir daha Avropanın ən sıx hava limanı olub. AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib. Nazir həmçinin bildirib ki, gündəlik orta hesabla 1024 uçuşla Antalya Hava Limanı Avropanın ən sıx 9-cu hava limanı olub. Onun sözlərinə görə, qlobal miqyasda fəaliyyət göstərən 25 hava limanı arasında 1–7 sentyabr 2025-ci il tarixlərində gündəlik orta hesabla 821 uçuş həyata keçirən İstanbul Hava Limanı dünya üzrə 5-ci yerdə qərarlaşıb.
#İstanbul Hava Limanı
İstanbul Hava Limanı, Beynəlxalq Hava Limanları Şurası (ACI) tərəfindən üç nüfuzlu qlobal mükafata layiq görülüb. İstanbul Hava Limanının operatoru olan İGA şirkəti, ABŞ mərkəzli X platformasındakı rəsmi hesabı vasitəsilə verdiyi açıqlamada, hava limanının "Avropanın Ən Yaxşı Hava Limanı", "5-ci Səviyyə Müştəri Təcrübəsi Akkreditasiyası" və "Qlobal Təlim Liderliyi" mükafatlarını qazandığını bildirib. “ACI tərəfindən üç möhtəşəm qlobal mükafata layiq görüldüyümüzü elan etməkdən məmnunluq duyuruq. Bu mükafatlar komandalarımızın fədakarlığının, milyonlarla sərnişinin bizə olan inamının və müştəri təcrübəsini mədəniyyətimizin əsas dəyərinə çevirmək vizyonumuzun bariz sübutudur.” - deyə açıqlamada qeyd olunub.
2025-ci ilin avqust ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 55 milyon 250 min 785 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə dəyişməyərək, 11 milyon 823 min 296 nəfər, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 43 milyon 427 min 489 nəfər təşkil edib.
Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) 18-24 avqust tarixlərini əhatə edən “Avropa Aviasiya Hesabatı”nı dərc edib. Hesabata əsasən, İstanbul Hava Limanı bu dövrdə gündəlik 1635 uçuşla Avropanın ən sıx hava limanları siyahısında liderliyi ələ keçirib. Hesabatda qeyd olunur ki, İstanbul Hava Limanını gündəlik 1450 uçuşla Amsterdam Hava Limanı, 1432 uçuşla Paris Şarl de Qoll Hava Limanı, 1384 uçuşla Frankfurt Hava Limanı və 1346 uçuşla London Hitrou Hava Limanı izləyib. Bu göstəricilər İstanbulun Avropa aviasiya bazarında mühüm mövqeyini bir daha təsdiqləyir.
Dövlət Hava Limanları İdarəsinin (DHMİ) məlumatına görə, yanvar-iyul aylarında Türkiyə hava limanlarına gələn və gedən sərnişinlərin ümumi sayı 134,9 milyon olub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artıb. İstanbul Hava Limanı bu dövrdə 46,95 milyon sərnişinə xidmət göstərərək ölkənin ən sıx hava limanı olub. Sabiha Gökçen Hava Limanı 26,5 milyon sərnişini qəbul edib, Antalya Hava Limanı isə ümumi 20,18 milyon sərnişinlə ilin üçüncü ən işlək limanı kimi diqqət çəkib.
2025-ci ilin iyul ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 46 milyon 954 min 629 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 1,6 faiz azalaraq, 9 milyon 953 min 816 nəfər, beynəlxalq reyslər üzrə isə 3 faiz artaraq 37 milyon 813 min nəfər təşkil edib.
Avqustun 2-də İstanbul və Antalya hava limanlarında həm sərnişin sayı, həm də uçuş sayında bütün zamanların rekordu qırılıb.
Beşiktaş klubunun gənc hücumçusu Semih Kılıçsoy İtaliya A Seriyasının Kalyari klubu ilə transfer danışıqları aparmaq məqsədilə bu ölkəyə səfər edib.
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, 24 iyul tarixində Türk hava məkanında min tranzit uçuşa xidmət göstərildiyini və bunun bütün zamanların ən yüksək gündəlik tranzit uçuş göstəricisi olduğunu bildirib.
İstanbul Hava Limanı Avropanın ən işlək hava limanı olaraq qeydə alındı.
ABŞ-da nəşr olunan və hər ay 16 milyondan çox oxucuya çatan “Travel and Leisure” jurnalının oxucuları arasında keçirilən illik sorğuya əsasən, İGA İstanbul Hava Limanı dünyanın ən yaxşı beynəlxalq hava limanı seçilib.
2025-ci ilin iyun ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 39 milyon 37 min 955 nəfər olub.