#PKK

Suriyanın şimalında, Hələb şəhərinin Əşrəfiyyə məhəlləsində naməlum səbəbdən güclü partlayış baş verib. Partlayış terrorçu PKK/YPG-nin nəzarətində olan Əşrəfiyyə məhəlləsindəki bir parkda qeydə alınıb. Hadisənin səbəbi hələlik müəyyən edilməyib, rəsmi açıqlama isə verilməyib.

"Demokratik Güclər" adı altında gizlənən və ABŞ tərəfindən dəstəklənən terror qruplaşması ilə Suriya hökumət qüvvələri arasında toqquşma qaçılmazdır". Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu kürdlərin rəhbərlik etdiyi terrorçu Suriya Demokratik Qüvvələrinin (SDQ) bölmələri ilə Suriya ordusu arasında baş verən insidenti şərh edərkən deyib. Ekspert bildirib ki, Suriya ilə İsrail arasında detalları açıqlanmayan danışıqlar gedir:

Suriya bu gün tarix güzgüsünün qarşısında dayanıb və oradakı əks elə dumanlıdır ki, heç kəs sabahı aydın görə bilmir. Onilliklər boyu diktatura, müharibə və xarici maraqlar prizməsindən tanınan bu ölkə indi Yaxın Şərqdə İkinci Dünya müharibəsindən sonrakı rekonstruksiya nümunələrinə bənzər, analoqu olmayan bir siyasi eksperimentə qədəm qoyur.

Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər, PKK onun müxtəlif adlar altında fəaliyyət göstərən bütün uzantıları, xüsusilə də Suriyada mövcud olan strukturlar, şərtsiz şəkildə silahlarını təhvil verməlidir. Nazir bölgədə artan gərginliklər fonunda Türkiyənin mövqeyini izah edərək, ölkənin həm regional, həm də qlobal məsələlərdə barışdan yana prinsipial mövqe sərgilədiyini qeyd edib.

Səudiyyə Ərəbistanı Suriyaya 1 milyon 650 min barrel xam neft hədiyyə edəcək. Məlumata görə, Suriya Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı İnkişaf Fondu arasında ölkəyə 1 milyon 650 min barrel xam neftin tədarükünü nəzərdə tutan anlaşma memorandumu imzalanıb. Fond tərəfindən Suriyaya göndəriləcək neft hədiyyə xarakteri daşıyır.

Türkiyəni terror bəlasından xilas edəcəyik. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malatyada keçirilən 300 mininci Təbii Fəlakət Mənzili Püşkatma mərasimində çıxış edərkən səsləndirib. “Bizim gündəmimizdə yalnız ölkəni terror bəlasından əbədi olaraq xilas etmək var. Bu çərçivədə səbrlə və soyuqqanlılıqla çalışırıq. Məqsədimizə yaxınlaşdıqca hücumlar daha da artır. Bir tərəfdən əsassız xəbərlərlə şəhid və qazi ailələrimizi narahat etməyə cəhd edirlər. Muhtarlıqların bağlanması isə əsla gündəmdə deyil” – deyə, Ərdoğan bildirib.

Türkiyə Milli Müdafiə Nazirliyi, Türk Silahlı Qüvvələrinin (TSK) terrorla mübarizədə qətiyyətli fəaliyyətlərini davam etdirdiyini və Suriyadakı əməliyyat bölgələrində indiyədək 580 kilometr uzunluğunda tunelin məhv edildiyini açıqlayıb. Eyni zamanda, TSK inventarına yeni yerli və milli sistemlərin daxil olduğu bildirilib. Nazirlik tərəfindən keçirilən həftəlik mətbuat brifinqində terrorla mübarizə, sərhəd təhlükəsizliyi, beynəlxalq missiyalar və müdafiə sənayesindəki son yeniliklər barədə ətraflı məlumat verilib. Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, TSK-nın həm ölkə daxilində, həm də sərhəd kənarında terrorçulara qarşı mübarizəsi fasiləsiz davam edir. Son bir həftə ərzində daha bir PKK terrorçusu təslim olub. Suriya əməliyyat bölgələrində, xüsusilə Tel Rıfat və Menbiçdə məhv edilən tunellərin ümumi uzunluğu 580 kilometrə çatıb.

Suriya Prezidenti Əhməd Şara, SDQ adı altında fəaliyyət göstərən terrorçu PKK/YPG ilə 10 Mart Razılaşmasının icrası ilə bağlı danışıqların davam etdiyini bildirib. Şara qeyd edib ki, təşkilat tətbiqə hazır olduqlarını desə də, bəzi texniki detalları tələb edir və sahədəki davranışları ilə rəsmi mövqeləri arasında uyğunsuzluq var. Prezident Şəraa bu açıqlamaları Şamda, Muhacirin Sarayında İdlibdən olan siyasətçilər, alimlər və ictimai şəxslərlə keçirdiyi görüşdə verib. O bildirib ki, “SDQ tətbiqə hazır olduqlarını söyləyir, lakin mediada və danışıqlarda ifadə edilən mövqe ilə ərazidəki davranışları arasında ziddiyyət var.” - deyə Şəraa qeyd edib.

Nazirliyin məlumatına görə, hadisə yerli vaxtla saat 02:35 radələrində baş verib. Sızma cəhdinə cavab olaraq Suriya ordusu atəşin açıldığı mövqeləri hədəfə alıb və hücum edənləri geri çəkilməyə məcbur edib. Nazirlik bildirib ki, bu hadisə PKK/YPG-nin (SDQ) Mənbic və Deyr Hafir bölgələrində ordu mövqelərinə hücumları, eləcə də Hələbdəki bəzi nəzarət-buraxılış məntəqələrindən mülki yolları bağlama cəhdləri ilə eyni vaxtda baş verib.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli “Terrorsuz Türkiyə” prosesinin ilin sonuna qədər başa çatdırılacağını bəyan edib. O o, Türkiyə Böyük Millət Məclisində (TBMM) yaradılan komissiyanın fəaliyyətini yüksək qiymətləndirdiklərini, bütün siyasi partiyaların bu prosesə dəstək verməsinin vacibliyini vurğulayıb.

Türkiyədə “Terrorsuz Türkiyə” hədəfi çərçivəsində yeni mərhələyə keçilir. Gələcək dövrdə PKK-nın İraqın Mahmur və Sincar bölgələrindəki düşərgələrinin boşaldılması, silahlarını təhvil verənlər üçün hüquqi bazanın hazırlanması və terror təşkilatının rəhbər heyətinin Afrika və ya Avropa ölkələrinə göndərilməsi kimi addımlar gündəmdədir.