#Firon dövrü

Noyabrın 4-də Misirdə dünyanın ən böyük arxeoloji muzeyi - Böyük Misir Muzeyi (GEM) - öz qapılarını ziyarətçilərin üzünə açdı. Açılışın ilk günündə muzeyi təxminən 18 min nəfər ziyarət edib. Bu, ölkənin yeni mədəniyyət mərkəzinə göstərilən misilsiz marağın göstəricisi sayılır. Tarixi simvolizm də diqqət çəkir: 1922-ci ilin 4 noyabrında britaniyalı arxeoloq Hovard Karter və komandası XX əsrin ən böyük kəşflərindən birini - firon Tutanhamonun məzarını tapmışdı. Bu, qədim Misir tarixində demək olar ki, zədələnməmiş yeganə kral dəfn yeridir.

Qədim Misir qadınları öz talelərinin memarları idilər. Onların sosial yüksəlişi və iqtisadi azadlığı, əsasən, istedad və əzmkarlıqla müəyyən olunurdu.

Qədim Misirdə qadınlar hüquqi, sosial və dini sahələrdə kişilərlə bərabər hüquqlara malik olmuş, fironluğa qədər yüksələn, iqtisadi və ailə həyatında müstəqil qərarlar verə bilən nadir bir cəmiyyət nümunəsi təşkil etmişlər.