NATO-nun Ankarada keçirilən 36-cı Zirvə Toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək görüş ikitərəfli münasibətlərin gələcək istiqamətinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Görüş zamanı müdafiə sənayesi, ticarət, investisiyalar və regional təhlükəsizlik məsələlərinin geniş şəkildə müzakirə ediləcəyi gözlənilir.
#F-35 proqramı
Rəcəb Tayyib Ərdoğan Türkiyənin F-35 proqramına yenidən qayıtmasının yalnız Ankara–Vaşinqton münasibətləri üçün deyil, həm də NATO-nun ümumi təhlükəsizliyi baxımından zəruri olduğunu bildirib. Ərdoğan Bloomberg-ə yazılı cavablarında ABŞ ilə münasibətlər, enerji siyasəti və regional geosiyasi proseslərlə bağlı mövqeyini açıqlayıb.