#Bolqarıstan

Türkiyə Milli Futbol Komandası, 2026 FIFA Dünya Çempionatı Avropa Seçmə mərhələsi E Qrupunun üçüncü matçında sabah səfərdə Bolqarıstanla qarşılaşacaq. Portuqaliya Futbol Federasiyasından hakim Luis Godinho oyunu idarə edəcək. Rui Teixeira və Pedro Almeida köməkçi hakim, Miguel Nogueira isə 4-cü hakim olacaq.

Turan Daşdəmirov (55 kq) finalda iranlı Payam Balutakiylə gərgin mübarizə şəraitində keçən görüşdə 3:5 hesabıyla məğlub olub və gümüş medalı boynundan asıb. Fəraim Mustafayev (67 kq) isə yaponiyalı Takaku Suzukiyə 5:4 hesabıyla qalib gələrək dünya üçüncüsü olub. Seymur Qasımov (72 kq) təsəlliverici görüşdə qazaxıstanlı Yussuf Aşrapova “tuş”la uduzub.

Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı davam edir. Yunan Roma-güləşçimiz Ayxan Cavadov (60 kq) finalda ermənistanlı Yurik Mxitaryanla qarşılaşıb. Fasiləyə 3:5 hesabıyla geridə yollanan Cavadov ikinci hissədə əzmkarlıq nümayiş etdirərək inamlı qələbə qazanıb – 12:5. Beləliklə, bu yarışda Ayxan ilk dünya çempionumuz olub. Ötən il U17 yaş qrupunda dünya və Avropa çempionu olan yunan-Roma güləşçimiz bu il eyni uğura U20 yaş qrupunda imza atıb.

Nurlan Ağazadə (70 kq) debüt etdiyi mundialda fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Həmyerlimiz həlledici görüşdə gürcüstanlı Qoqa Otinaşvilidən güclü olub – 4:0. Yusif Dursunov (125 kq) bürünc medal uğrunda qarşılaşmada fransalı Levan Laqvilavayla üz-üzə gəlib. Son saniyələrdə həlledici xalı alan güləşçimiz 2:1 hesablı qələbəylə dünya üçüncüsü olub.

Bu gün Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatına start verilib. İlk yarış günündə sərbəst güləş üzrə 70, 74, 97 və 125 kq-da finalçılar müəyyənləşib. Nurlan Ağazadə (70 kq) debütdə kanadalı Keyd Braunu mübarizədən kənarlaşdırıb – 9:2. Milli üzvü 1/8 finalda gücünü qırğızıstanlı Zalkarbek Tabaldiyevə göstərib – 5:2. Güləşçimiz çinli Tao Veini isə vaxtından əvvəl (12:2) üstələyərək yarımfinala yüksəlib. Nurlan finalın bir addımlığında moldovalı Aleksandr Qaydarliyə məğlub olub – 4:7. Ağazadə sabah bürünc medal uğrunda güləşəcək. Ağanəzər Novruzov (74 kq) bolqarıstanlı Stiliyan Corova heç bir şans tanımayıb – 10:0. Ancaq 1/8 finalda almaniyalı U20 Avropa çempionu Manuel Vaqinə 2:7 hesabıyla uduzub.

Türkiyədə qırmızı bülletenlə axtarılan 6 nəfər və milli səviyyədə axtarılan 4 nəfər xaricdə saxlanılaraq ölkəyə gətirilib. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Onun sözlərinə görə, Bolqarıstan, Polşa, Gürcüstan, Almaniya, Şimali Kipr Türk Respublikası və Livanda aparılan əməliyyatlar nəticəsində axtarışda olan şəxslər saxlanılıb və Türkiyəyə təhvil verilib.

Bolqarıstanın Haskovo vilayətində baş verən yanğın iki gündür davam edir və atılan siqaret kötüyünün səbəb olduğu bildirilir. Qubernator Stefka Zdravkova mətbuata verdiyi açıqlamada, güclü və isti küləyin yanğınla mübarizə səylərinə mənfi təsir göstərdiyini bildirib. Yanğın beynəlxalq Meriç şossesini keçərək, yolun bir hissəsinin müvəqqəti bağlanmasına səbəb olub.