#Malayziya

ABŞ Prezidenti Donald Tramp Malayziya, Yaponiya və Cənubi Koreyanı əhatə edən 5 günlük Asiya səfəri üçün Ağ Evdən ayrılmazdan əvvəl jurnalistlərin suallarını cavablandırıb. O, “Şi ilə yaxşı bir görüş keçirəcəyimizi düşünürəm” deyərək, iki ölkə arasında gərginlik yaradan ticarət və gömrük tarifləri, həmçinin Tayvan məsələsinin gündəmin əsas mövzuları olacağını qeyd edib.

Oktyabrın 27-də Tramp Tokioya səfər edəcək və oktyabrın 28-də Yaponiyanın yeni baş naziri Sanae Takaiçi ilə görüşəcək. Oktyabrın 29-da Tramp Pusana uçacaq, orada Cənubi Koreya prezidenti Li Çje Myon ilə görüşəcək və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində çıxış edəcək. “Yerli vaxtla cümə axşamı prezident Vaşinqtona qayıtmazdan əvvəl Çin sədri Si [Cinpin] ilə ikitərəfli görüşdə iştirak edəcək”.

Çin Xalq Azadlıq Ordusu Cənubi Çin dənizində “rutin patrul” həyata keçirib və Filippini hər hansı təxribatdan çəkinməyə çağırıb. Bu barədə ordunun Cənub Əməliyyat Komandanlığının sözçüsü bildirib. O vurğulayıb ki, Filippin dərhal insidentlər törətməyi və bölgədə gərginliyi artırmağı dayandırmalıdır. O əlavə edib ki, Çin qüvvələri bu ərazidə ölkənin suverenliyini qorumaqda davam edəcək.

31 avqust 2025-ci ildə Çinin Tyançzin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti start götürdü. Bu toplantını artıq “Asiyanın Yalta müqaviləsi” adlandırırlar. Bu, şişirtmə deyil. Soyuq müharibədən sonra ilk dəfədir ki, Asiya, Yaxın Şərq və Afrika ölkələrinin bu qədər çox lideri Qərb meydançasında yox, məhz Pekin və Moskvanın institusional rəhbərliyi altında toplaşır. Bu, bəzilərinin “postamerika dünyasının yenidən bölgüsü” adlandırdığı qlobal prosesin ən mühüm mərhələlərindən biridir.

Starbucks brendini idarə edən Berjaya Food Berhad-ın rüblük maliyyə hesabatına görə, şirkətin gəliri 2024-cü maliyyə ili ilə müqayisədə 36% azalaraq 477 milyon rinqit (təxminən 69 milyon dollar) zərərə düşüb. ​Hesabatda bu azalmanın “Yaxın Şərq münaqişəsi ilə bağlı mənfi əhval-ruhiyyə” ilə əlaqəli olduğu, bazar dinamikasına və müştərilərin xərcləmə vərdişlərinə təsir etdiyi qeyd edilib. Şirkət ölkədə aktivlərin silinməsi prosesi ilə üzləşib və 152.8 milyon rinqit dəyərində amortizasiya ayırması aparıb. X platformasında yayılan fikirlər, boykotların Starbucks-ın Malayziyadakı nüfuzuna ciddi ziyan vurduğunu və yerli kafelərin populyarlıq qazandığını göstərir.

Malayziyanın baş naziri Ənvər İbrahim Qəzza xalqına dəstək məqsədilə yeni yardım paketi elan edib. Ənvər İbrahim Malayziyanın Qəzzadakı fələstinlilərə təxminən 23,6 milyon ABŞ dolları dəyərində əlavə yardım göstərəcəyini açıqlayıb. Baş nazir həmçinin ölkədə fəaliyyət göstərən iri şirkətləri Qəzzanın yenidən qurulmasına dəstək verməyə çağırıb.