2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz azalaraq, 65 milyon 428 min 42 dollara bərabər olub. Türkiyə 2025-cü ilin sentyabr ayında Azərbaycana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 26,2 faiz azalaraq, 7 milyon 22 min 81 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz artaraq, 30 milyard 205 milyon 394 min dollara bərabər olub.
#avtomobil ixracı
Hakerlər nəhəng bir avtomobil markasının sistemlərini çökdürüb. Problemi aradan qaldıra bilməyən şirkət istehsalı dayandırmaq məcburiyyətində qalıb. Jaguar Land Rover, tədarükçülərinə xəbərdarlıq edərək bildirib ki, dağıdıcı bir kiber hücumun yaratdığı böhran səbəbilə avtomobil istehsalı noyabr ayına qədər bərpa olunmaya bilər.
Türkiyə 2025-cü ilin avqust ayında Azərbaycana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 37,3 faiz artaraq, 10 milyon 197 min 12 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq, 58 milyon 405 min 61 dollara bərabər olub.
2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 artaraq, 26 milyard 546 milyon 824 min dollara bərabər olub. “Bu ilin avqust ayında Türkiyə 2 milyard 732 milyon 652 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 1,3 faiz artaraq” – deyə nazirlikdən bildirilib.
Türkiyədə elektrikli avtomobil bazarı son illərdə rekord sürətlə böyüyür. Enerji və avtomobil sənayesindən verilən rəsmi məlumatlara görə, ölkədə ən çox satılan elektrikli avtomobil markası TOGG olub. Yerli istehsalçı olması ilə diqqət çəkən TOGG, həm milli texnologiya, həm də “yaşıl enerji” siyasətinin simvoluna çevrilib. İki il öncə Türkiyədə cəmi 15 min elektrikli avtomobil mövcud idisə, bu gün bu rəqəm 300 minə çatıb. Ekspertlərə görə, bu dinamika həm dövlətin tətbiq etdiyi stimullaşdırıcı siyasətlə, həm də ictimaiyyətin ekoloji təmiz və qənaətcil nəqliyyata artan marağı ilə bağlıdır.
2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artaraq, 23 milyard 822 milyon 213 min dollara bərabər olub. “Bu ilin iyul ayında Türkiyə 3 milyard 837 milyon 870 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 23 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Türkiyə 2025-cü ilin iyun ayında İrana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 37,2 faiz azalaraq, 5 milyon 61 min 75 dollara çatdırıb.
Türkiyə 2025-cü ilin iyun ayında Özbəkistana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 57,2 faiz artaraq, 6 milyon 384 min 3 dollara çatdırıb.
Türkiyə 2025-cü ilin iyun ayında Azərbaycana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,9 faiz azalaraq, 2 milyon 247 min 32 dollara çatdırıb.
2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 19 milyard 986 milyon 716 min dollara bərabər olub.