İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında davam edən hərbi əməliyyatlarla bağlı açıqlama verərək, atəşkəs danışıqları aparılsa da, hücumları davam etdirməkdə qərarlı olduqlarını bildirib.
#İsrail və Qəzza
İsrail ordusu Qəzza zolağının şimalındakı Beyt Hanun bölgəsində HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları ilə baş verən silahlı qarşıdurma zamanı 5 əsgərin öldüyünü, 14-nün isə yaralandığını açıqlayıb.
Fələstin BRİKS sammitində Qəzzada atəşkəs və İsrailin tam geri çəkilməsi çağırışını alqışlayıb.
Braziliya prezidenti Lula da Silva BRİKS sammitində Qəzzadakı soyqırımın gözardı edilməməsinə dair çağırış edib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən 17-ci BRİKS Liderlər Zirvəsində çıxışı zamanı İsrailin Qəzzadakı hücumlarının qlobal təhlükəyə çevrildiyini bildirib.
İsrail Nazirlər Kabinetinin Qəzza məsələsini müzakirə etdiyi iclasda baş nazir Benyamin Netanyahu ilə İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi Eyal Zamir arasında ciddi fikir ayrılığı yaşanıb.
Bu gün səhər saatlarından başlayaraq İsrail ordusunun Qəzza zolağına həyata keçirdiyi hücumlarda azı 37 fələstinli həyatını itirib.
İsrail mətbuatının məlumatına görə, ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında iyulun 7-də keçiriləcək görüş zamanı Qəzza zolağında müvəqqəti atəşkəsin elan olunacağı gözlənilir.
İsraildə ifrat sağçı nazir Qəzzanın tam işğalına və fələstinlilərin köçürülməsinə çağırış edib.
Qəzzadan əvvəlcə İordaniyaya köçürülən yaralılar, Əmmandakı Kraliça Əliyə Beynəlxalq Hava Limanından Türk Hava Yollarına məxsus təyyarə ilə İstanbul Hava Limanına, daha sonra isə Ankara Esenboğa Hava Limanına gətirilib.
İsrailin xarici işlər naziri Gideon Saar Qəzzada atəşkəs və girov mübadiləsi üzrə razılaşmanın həm ictimaiyyət, həm də hökumət daxilində geniş dəstək qazandığını bildirib.
İsrail ordusu, 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağından əsir tutduğu 14 Fələstinlini aylar sonra azad edib.