#Azərbaycan

bp Azərbaycan-Gürcüstan-Türkiyə bölgəsindəki əməliyyatlarında qazma məhlulunun təkrar emalı üçün tətbiq etdiyi innovativ yanaşma nəticəsində tullantıları əhəmiyyətli dərəcədə azaldıb və əməliyyat xərclərini optimallaşdırıb. Xəzərdə qazma əməliyyatları mürəkkəb çöküntü qatlarından keçərək 7000 metrədək dərinliyə çata bilir. Bu mürəkkəb qazma şəraiti həm qazma yolunda, həm də quyunun keçdiyi laylar boyunca dəqiq nəzarət tələb edir.

Regionun müdafiə sənayesi üzrə ən mötəbər və ən əhəmiyyətli platformalarından hesab olunan, eləcə də Azərbaycanın müdafiə-sənaye kompleksinin gücünü və potensialını bütün dünyaya nümayiş etdirən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX” 30 sentyabr - 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil ediləcək. “ADEX”lə eyni tarixlərdə 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi “Securex Caspian” da baş tutacaqdır.

Ermənistan Xarici İşlər Nazirliyi “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinin icra qaydasını müəyyən edən sənədi dərc edib. Sənəd Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə ABŞ dövlət katibi Marko Rubio arasında ötən gün Vaşinqtonda keçirilmiş görüşün yekunlarına əsasən təqdim olunub.

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdərə rayon sakinləri ilə keçirilən görüşdən görüntülər paylaşılıb. Paylaşımda dövlət başçısının sakinlərlə birbaşa ünsiyyəti, onların müraciətlərini dinləməsi və bölgədə aparılan bərpa-quruculuq işlərinə dair fikirləri əks olunub. Prezident azad edilmiş ərazilərdə həyatın bərpasının prioritet olduğunu vurğulayıb.

Azərbaycan-İtaliya Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov və İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli imzalayıblar. Tədbir çərçivəsində eyni zamanda 2026-2027-ci illərdə 18 istiqamət üzrə 65 tədbirin icrasını nəzərdə tutan Fəaliyyət Planı qəbul edilib.

Azərbaycan ilə İtaliya arasında 2026-2027-ci illərdə 18 istiqamət üzrə 65 tədbir həyata keçiriləcək. Bildirilib ki, müzakirələr zamanı siyasi əməkdaşlıq, ticari-iqtisadi, sənaye, energetika, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı aktual məsələlər nəzərdən keçirilib.

Bakıda Azərbaycan–İtaliya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilir. Azərbaycan tərəfdən Komissiyanın həmsədri energetika naziri Pərviz Şahbazov, İtaliya tərəfdən isə xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellidir. Tədbirdə Azərbaycan və İtaliya hökumətlərini təmsil edən rəsmi şəxslər, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak edirlər.