Biləsuvarda zəlzələ olub. Biləsuvarda zəlzələ olub. 3.4 maqnitudalı yeraltı təkan 21 km dərinlikdə qeydə alınıb.
#Azərbaycan
Ötən il Azərbaycandan Suriyaya 0,5 milyard kubmetr təbii qaz ixrac edilib. Ümumilikdə isə, 2025-ci ildə Azərbaycandan qaz ixracı 25,2 milyard kubmetr təşkil edib. Hesabat ilində ixrac edilmiş qazdan 12,8 milyard kubmetr Avropaya, 9,6 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 5,6 milyard kubmetr), 2,3 milyard kubmetr Gürcüstana nəql edilib.
TRIPP sülhə aparan yolda mühüm mərhələdir
Azərbaycan “Ekspo 2027 Yokohama” Beynəlxalq Bağçılıq Sərgisində iştirakını təsdiq edib. Bu barədə müqavilə Beynəlxalq Bağçılıq Sərgisi üzrə Yaponiya Assosiasiyası və Azərbaycan dövləti tərəfindən Heydər Əliyev Mərkəzi arasında imzalanıb. “Ekspo 2027 Yokohama” Beynəlxalq Bağçılıq Sərgisi gələn il martın 19-dan sentyabrın 26-na kimi Yaponiyanın Kanaqava prefekturasında yerləşən Yokohama şəhərində keçiriləcək.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmri ilə Eşqin Əli oğlu Bayramov Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub. Qeyd edək ki, Eşqin Bayramov 1985-ci ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dillər Universitetində "Beynəlxalq münasibətlər" ixtisası üzrə bakalavr, 2011-2013-cü illərdə Ukraynanın Regionlararası Heyəti İdarəetmə Akademiyasında “Ölkəşünaslıq - Avropa ölkələri” ixtisası üzrə magistr və 2013-2017-ci illərdə Ukraynanın Çerniqov Milli Texnologiya Universitetində doktorantura təhsili alıb. Doktorantura təhsili dövründə beynəlxalq qrant layihəsinin qalibi olub və Yunanıstanın Beynəlxalq Hellenic Universitetində elmi tədqiqatçı kimi çalışıb.
1990-cı illərdə Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsi ilə ölkədə müasir medianın formalaşması üçün də geniş imkanlar ortaya çıxdı. Aparılan köklü islahatlar nəticəsində senzura və söz azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı. Eyni zamanda, redaksiyaların davamlı inkişafı və iqtisadi müstəqilliyinin artırılması, jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.
Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatına yekun vurulub. Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Bildirilib ki, Bakı İdman Sarayında keçirilən yarışın son günündə sərbəst güləş üzrə 61, 70, 79, 92 və 125 kiloqramda medalçılar müəyyənləşib. Çempionatına 61 kiloqram çəki dərəcəsində Nürəddin Novruzov (Neftçi), Ceyhun Allahverdiyev (MOİK), Əliabbas Rzazadə (Neftçi), Fərhad Hacıyev (Neftçi)
Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. 979 ton Aİ-92 markalı avtomobil yanacağı yüklənmiş 18 vaqondan ibarət qatar yanvarın 11-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə ərzində paylaşılmış rəsmi məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb. Videoçarxda Silahlı Qüvvələrin fəaliyyəti və baş verən əsas hadisələr əksini tapıb. Materialda görülən işlər və həyata keçirilən tədbirlər ümumiləşdirilib. İcmal videoçarxı Müdafiə Nazirliyinin rəsmi informasiya resurslarında təqdim olunub.
Qadın və kişi voleybolçular arasında keçirilən Azərbaycan Yüksək Liqalarında növbəti oyunların vaxtı bəlli olub. Bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
10 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasının Somali ilə bağlı fövqəladə iclasında iştirak edib. Səudiyyə Ərəbistanının Ciddə şəhərində İƏT-in mənzil qərargahında baş tutmuş fövqəladə iclasın məqsədi Somalinin “Somalilənd” bölgəsinin müstəqil dövlət kimi tanınmasına qarşı Somalinin suverenliyi və ərazi bütövlüyünə dəstək vermək, habelə bu istiqamətdə atıla biləcək birgə addımları müzakirə etmək olub.
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Qazaxıstana 86,9 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 30,1 milyon dollar və ya 25,7 faiz azdır. 2025-ci ilin 11 ayı ərzində Qazaxıstana qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 2,62 faizini təşkil edib. Qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycan xarici ölkələrlə ümumilikdə 44,589 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,480 milyard ABŞ dolları və ya 3,4 faiz çoxdur.