#Azərbaycan

Azərbaycan ilə Türkiyə arasında diplomatik münasibətlərin qurulmasından 34 il ötür. Bakıda Türkiyə Respublikasının Baş Konsulluğunun 1992-ci il yanvarın 14-də səfirlik statusuna yüksəldilməsi ilə başlayan diplomatik münasibətlər ötən 34 il ərzində “bir millət, iki dövlət” prinsipi əsasında bütün sahələr üzrə ardıcıl şəkildə inkişaf etdirilib.

“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənəd milli-mənəvi dəyərlərin qorunmasını təmin edən müasir mədəniyyət modelinin yaradılması, mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin olunması məqsədilə imzalanıb.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli yanvarın 14-də Bakı şəhərində vətəndaşların müraciətlərini dinləyib. Mədəniyyət Nazirliyində keçirilən qəbulda paytaxtla yanaşı, bölgələrdən də sakinlər, o cümlədən bir qrup mədəniyyət xadimi iştirak edib. Vətəndaşların müraciətləri, əsasən, yaradıcı əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsi ilə bağlı təkliflər, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.