#Azərbaycan

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26,2 faiz artaraq, 9 milyon 465 min 80 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Azərbaycana hazır geyim ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 61,4 faiz artaraq, 6 milyon 285 min 67 dollara çatdırıb.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycan Respublikasına rəsmi səfəri martın 12-də başa çatıb. Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanı Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola saldılar.

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Azərbaycana dəri məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 55,2 faiz azalaraq, 866 min 48 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Azərbaycana dəri məhsulları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 45,9 faiz azalaraq, 610 min 5 dollara çatdırıb. Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalaraq, 127 milyon 689 min dollara bərabər olub.

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Azərbaycana tekstil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz azalaraq, 6 milyon 879 min 42 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Azərbaycana tekstil ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz azalaraq, 3 milyon 725 min 22 dollara çatdırıb. Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq, 759 milyon 705 min dollara bərabər olub.

Belə ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 22 min tondan çox (320 vaqon) taxıl, həmçinin 610 ton (9 vaqon) gübrə göndərilib. Qeyd edək ki, sonuncu dəfə martın 9-da Azərbaycan ərazisindən keçməklə Ermənistana 488 Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı yola salınıb. Xatırladaq ki, fevralın 4-də Azərbaycan ərazisindən keçməklə Ermənistana 560 ton Rusiya taxılı daşıyan 8 vaqondan ibarət yük qatarı yola salınıb.

Qahirə şəhərində fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində müxtəlif fənlər üzrə təşkil olunan kurslarda ödənişsiz təhsil alan uşaqlara diplomların təqdim edilməsi mərasimi keçirilib. Tədbirdə çıxış edən Cəmiyyətin İdarə Heyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bildirib ki, həyata keçirilən bu cür maarifləndirici və mədəni layihələr xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, eləcə də mədəni və elmi əlaqələrin inkişafına mühüm töhfə verir.

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir. 28 fevral 8.00-dan – 9 mart saat 07:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 1918 nəfər təxliyə olunub. Belə ki, 541 Çin, 314 Azərbaycan, 290 Rusiya, 173 Tacikistan, 123 Pakistan, 57 Oman, 44 İtaliya, 32 İndoneziya, 26 İspaniya, 26 İran, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Fransa, 14 Almaniya, 13 Gürcüstan, 13 Macarıstan, 12 Özbəkistan, 10 Bolqariya, 10 Konqo Demokratik, 10 Nigeriya, 8 Braziliya, 8 Böyük Brityaniya, 8 Qazaxıstan, 7 Belarus vətəndaşı təxliyə olunub.