#Azərbaycan

2026 -cı ilin fevral ayında Azərbaycandan Türkiyəyə 61 min 22 turist səfər edib ki, bu da 2025-ci ilin fevralı ilə müqayisədə 2,87 faiz azdır. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 2,73 faiz təşkil edib. 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan Türkiyəyə 115 min 535 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,64 faiz çoxdur.

elə ki, bu müddət ərzində 728 Çin, 551 Azərbaycan, 351 Rusiya, 198 Banqladeş, 196 Hindistan, 187 Tacikistan, 148 Pakistan, 84 Oman, 68 İndoneziya, 61 İran, 55 Əlcəzair, 44 İtaliya, 26 İspaniya, 25 Kanada, 24 Almaniya, 19 Fransa, 19 Gürcüstan, 18 Səudiyyə Ərəbistanı, 18 Yaponiya, 16 Özbəkistan, 16 Bəhreyn, 14 İsveçrə, 14 Polşa, 13 Nigeriya, 13 Qazaxıstan, 12 Macarıstan, 11 Meksika, 11 ABŞ, 11 Belarus, 10 Böyük Britaniya, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 9 Braziliya, 8 Sudan, 7 Venesuela vətəndaşı Azərbaycan vasitəsilə təxliyə edilib. Bundan başqa siyahıda BƏƏ, Slovakiya, Belçika, Rumıniyanın hər birinin 6, Türkiyə, Finlandiya, Serbiya, Çexiya, İsveç, Əfqanıstan, Avstraliya, Avstriya, Yunanıstan, Vyetnam, Qırğızıstanın hər birinin 5, İordaniya, Filippin, Ukrayna, Şri Lanka, Küveyt, Niderlandın isə hər birinin 4 vətəndaşı var. Həmçinin Qətər, Xorvatiya, Danimarka və Norveçin 3, Nepal, Livan, Yəmən, Myanma, Kipr və Sloveniyanın 2, Tunis, Cənubi Afrika, Maldiv Adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Beliz və Dominikanın hər birinin isə 1 vətəndaşı təxliyə edilib.

Bakı Təşəbbüs Qrupu (BTQ) BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş transatlantik qul ticarətini "bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayət" kimi tanıyan qətnaməni tam dəstəkləyir. Bildirilib ki, müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda mübarizəsinə dəstək verməyi özünün əsas missiyalarından biri hesab edən Bakı Təşəbbüs Qrupu qəbul olunmuş bu qətnaməni Afrika mənşəli xalqlara qarşı yüz illərdir davam edən müstəmləkəçi ayrı-seçkiliyin və tarixi ədalətsizliyin aradan qaldırılması istiqamətində irəliyə doğru atılmış mühüm addım hesab edir:

“AnewZ” televiziya kanalında və AzTV-də Dövlət Təhlükəsizliyi Xidməti ilə “AnewZ” televiziya kanalının birgə layihəsi olan “Yolun yarısında” adlı sənədli film nümayiş etdirilib. Xarici ölkələrdə azərbaycanlılar niyə saxlanılıb? Qanunsuz miqrasiyanın təşkilində iştirak edən kimlərdir? “Yolun yarısında” adlı sənədli filmdə bu suallara aydınlıq gətirilir.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə intensiv xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağır. Hazırda Bakıda və Abşeron yarımadasında yağan yağıntının miqdarı 133 mm-ə çatıb. Bu da aylıq normanın 564 %-ni təşkil edir.