Bakı Metropoliteni QSC mart ayı ərzində 18 milyondan çox sərnişinə xidmət göstərib. Bayram günlərində isə mərkəz istiqamətində sərnişin axınında kəskin artım müşahidə olunub. 21–22 mart tarixlərində Sahil metro stansiyası ən çox istifadə edilən stansiya olub və gündəlik orta göstəricidən 51 faiz daha çox sərnişin qəbul edib.
#Azərbaycan
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutmuş telefon danışıqlarına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana növbəti humanitar yardım yola salınır.
“Facemark” və “Good Finance” şirkətlərinin tərəfdaşlığı ilə aprelin 4-də IV Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək. Tədbir vergi, mühasibatlıq və maliyyə sahələrində aktual mövzuların müzakirəsi üçün mühüm platforma hesab olunur. Qeyd olunur ki, tədbir “PAŞA Bank” və “Unibank”ın bank sponsorluğu, “Azintelecom”un isə rəqəmsal həllər üzrə dəstəyi ilə keçirilir. Zirvədə dövlət və özəl sektor nümayəndələri, maliyyə və vergi sahəsinin aparıcı ekspertləri iştirak edəcəklər.
Beynəlxalq Enerji Agentliyinin keçmiş yüksək rütbəli rəsmisi və müstəqil enerji analitiki Nil Atkinson xəbərdarlıq edib ki, hətta Hörmüz boğazı dərhal açılsa belə, qlobal enerji axınını dərhal bərpa etmək mümkün olmayacaq. Lakin o vurğulayıb ki, mövcud problem təkcə gəmilərin hərəkəti ilə bitmir.
Allahşükür Paşazadə Müctəba Dəmirçilunu qəbul edib
İclasda turizm sahəsində ikitərəfli əməkdaşlıqla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət imkanları, turizm təhsili, turizm məqsədli sahilyanı ərazilərin idarə olunması, qış, sağlamlıq və qastronomiya turizmi istiqamətləri, eləcə də dayanıqlı turizm üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
2020-ci il noyabrın 10-dan 2026-cı il aprelin 1-dək 421 nəfər minaya düşüb, onlardan 72-si həyatını itirib
İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 10,89 ABŞ dolları və ya 8,3 faiz artaraq bir barel üçün 141,68 ABŞ dolları təşkil edib. Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 11,07 dollar və ya 8,9 faiz bahalaşaraq 135,15 dollar olub.
Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək “Heydər Əliyev-2026" birgə təliminə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib. Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahından hərəkətə başlayan bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə - Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Qars şəhərindən mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib.
Səfər çərçivəsində nazir Məcnun Məmmədov əvvəlcə Əlincəçay-Bənəniyar su kanalına və Bənəniyar su anbarına baxış keçirib. Nazirə məlumat verilib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Əlincəçaydan su götürən və Culfa rayonu ərazisində yerləşən Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması işləri davam etdirilir. Layihə çərçivəsində ümumilikdə 6 550 metr uzunluğunda kanalın yenilənməsi nəzərdə tutulur.
2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Azərbaycana sement ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 17,3faiz artaraq, 7 milyon 940 min 39 dollara bərabər olub. Türkiyə 2026-cı ilin mart ayında Azərbaycana sement ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq, 3 milyon 536 min 63 dollara çatdırıb. Qeyd edək ki,2026-cı ilin mart ayında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz artaraq, 377 milyon 665 min dollara bərabər olub.
Zakir Həsənov MDB üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti – 86-cı iclasında iştirak edib