Azərbaycanın iştirakı ilə formalaşan yeni enerji marşrutu Avropaya “yaşıl enerji” ixracını sürətləndirir. Layihənin əsasını təşkil edən “Yaşıl dəhliz” təşəbbüsü ilk olaraq 2024-cü ilin may ayında imzalanmış memorandumla başlayıb, daha sonra isə 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 çərçivəsində dövlət başçıları səviyyəsində strateji tərəfdaşlıq sazişi ilə möhkəmləndirilib. Bu sənəd enerji istehsalı ilə yanaşı, onun ötürülməsi istiqamətində də yeni mərhələnin əsasını qoyub.
#Azərbaycan
20 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Banqkok şəhərində Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Tailand Krallığının xarici işlər naziri Sihasak Puanqketkeo ilə görüşüb.
20 aprel tarixində Belçika Krallığının Azərbaycan Respublikasındakı səfiri Julyen de Frepon və Niderland Krallığının Azərbaycan Respublikasındakı səfiri Marian de Yonq ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə çağırılıblar.
Ceyhun Bayramov BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasına sədrlik edib.
BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin birlikdə əks olunduqları fotonu şərh edib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Meksika Birləşmiş Ştatlarına işgüzar səfərə gedib. Səfər çərçivəsində bir sıra əhəmiyyətli görüş və tədbirlər baş tutub.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov ilə görüşüb.
Ceyhun Bayramov və Türkmənistan Nazirlər Kabineti sədrinin birinci müavini və xarici işlər naziri Rəşid Meredov arasında görüş keçirilib.
Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov Albaniya Respublikasının Avropa və Xarici İşlər Naziri Ferit Hoca ilə görüşüb.
Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib.
Qırğızıstan irəliləyiş üçün öz tərəfdaşlarına, o cümlədən Türkiyə və Azərbaycana güvənir. Bunu Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində deyib. Onun sözlərinə görə, regional inteqrasiya son məqsəd deyil, davamlı bir prosesdir.