#Azərbaycan

İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,93 ABŞ dolları və ya 2,58 faiz artaraq bir barel üçün 116,41 ABŞ dolları təşkil edib. Bildirilib ki, Türkiyənin Ceyhan limanında "Azeri Light" markalı neftin FOB bazasında bir barelinin qiyməti 2,96 dollar və ya 2,67 faiz bahalaşaraq 113,94 dollar olub.

"Tacikistanın paytaxtı Düşənbədə keçirilən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə Regional Konfransının 35-ci sessiyası çərçivəsində Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Tacikistan kənd təsərrüfatı nazirinin müavini Anvari Nigina ilə görüşüb. Görüşdə Azərbaycan və Tacikistan arasında kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafı müzakirə olunub."

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının Bakı Olimpiya Stadionunun ərazisində keçiriləcək WUF13 tədbiri ilə bağlı görülən hazırlıq və quruculuq işləri ilə tanışlığını əks etdirən görüntülər paylaşılıb. Kadrlarda ərazidə aparılan infrastruktur işləri, təşkilati hazırlıq prosesi və beynəlxalq tədbir üçün yaradılan şərait nümayiş olunur.

"Bütün dünyaya göstərəcəyik ki, biz qurub-yaradan xalqıq, eyni zamanda, döyüşən xalqıq. Bu torpaqları biz qan tökərək qaytarmışıq, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - parlaq Qələbə qazanmışıq, bu Qələbənin müasir tarixdə tayı-bərabəri yoxdur, yəqin ki, olmayacaq və biz bu əbədi Qələbə ilə fəxr etməliyik. Gənc nəsil də evlərdə, ailələrdə, məktəblərdə bu ruhda tərbiyə almalıdır ki, biz müzəffər ölkə, xalq kimi bundan sonra qürurla yaşayaq.

Mayın 7-də Türkiyənin Kilis şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondu, Kilis 7 Aralık Universiteti, İndoneziyanın Sunan Kalijaga Dövlət İslam Universitetinin birgə təşkilatçılığı ilə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda IV beynəlxalq simpozium öz işinə başlayıb.