#Azərbaycan

“Balkan” gəmiqayırma və təmir zavodunda inşa edilən “Gadamlı” adlı ilk quru yük gəmisi rəsmi mərasimdən sonra ilk səfərinə yola salınıb. Bildirilib ki, “Gadamlı” beynəlxalq standartlara uyğun şəkildə inşa olunub. Gəminin yükdaşıma qabiliyyəti 6 min 100 ton təşkil edir. Müasir naviqasiya və yüksək texnologiyalı avadanlıqlarla təchiz olunan gəmidə 14 nəfərlik peşəkar heyət xidmət göstərir.

Azərbaycan və Ukrayna beynəlxalq avtomobil daşımalarında rəqəmsal həllərin tətbiqi və tranzit imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlığı gücləndirir. Leypsiqdə keçirilən görüş zamanı tərəflər beynəlxalq yükdaşımalarında elektron icazə sistemi — e-Permit layihəsinin tətbiqinə dair Anlaşma Memorandumu imzalayıb. Təşəbbüs sərhəd keçidlərinin sadələşdirilməsi, daşımaların rəqəmsallaşdırılması və daşıyıcılar üçün daha çevik əməliyyat mühitinin yaradılmasını hədəfləyir.

Azərbaycan höküməti ilə BMT-nin İnsan Məskunlaşmaları Proqramı (UN-HABITAT) arasında Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna hazırlıq məsələləri müzakirə olunub. Görüşdə şəhər inkişafı, iqlim dəyişikliyi, dayanıqlı mobillik və rəqəmsal şəhər idarəçiliyi sahəsində əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində olub. Tərəflər COP29 çərçivəsində formalaşan tərəfdaşlığın gələcək layihələr üçün yeni imkanlar yaratdığını vurğulayıblar.

Prezident İlham Əliyevin "X" hesabında bununla bağlı paylaşım edilib. "Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin inkişafında müsbət dinamikadan məmnunluq ifadə edildi. Həmçinin Qəbələdə keçirilən görüşdə müzakirə olunan məsələlərin ikitərəfli gündəlik çərçivəsində həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı".

Mayın 6-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov və Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.