Azərbaycan və Gürcüstan mədəniyyət sahəsində əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur. Bakıda keçirilən Birgə İşçi Qrupunun 3-cü iclasında iki ölkə arasında mədəni-humanitar əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Tərəflər teatr, muzey, kitabxana, kino, mədəni irsin qorunması və yaradıcı sənayelər sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Azərbaycan və Gürcüstanı ortaq tarix və zəngin mədəni irsin birləşdirdiyi qeyd olunub. Görüşdə mütəxəssislərin qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər mədəni əlaqələrin strateji tərəfdaşlığın mühüm istiqamətlərindən biri olduğunu bildiriblər. İclasın sonunda əməkdaşlığın gələcək inkişafını nəzərdə tutan protokol imzalanıb.
#Azərbaycan
İraqın və ərəb dünyasının tanınmış, geniş oxucu kütləsinə malik beynəlxalq mətbuat orqanı olan “Azzaman” qəzetində şərqşünas tədqiqatçı Rasim Abdullanın Azərbaycan-İraq əlaqələrinə həsr olunmuş analitik məqaləsi çap olunmuşdur. Müəllif qeyd edir ki, müasir dünyada baş verən qlobal dəyişikliklər fonunda Azərbaycan Respublikası özünün çevik və məqsədyönlü diplomatiyası ilə geosiyasi məkanda mühüm oyunçuya çevrilib. Rəsmi Bakının beynəlxalq təşkilatlardakı uğurlu fəaliyyəti, o cümlədən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü və Qoşunulmama Hərəkatına dörd illik uğurlu sədrlik Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul olunmasını təmin edib.
"Bizim də öz gözləntilərimiz var. Ermənistan tərəfindən bildirilib ki, yeni Konstitusiya aktında əvvəlki Müstəqillik Aktına istinad edilməyəcək. Bu olduğu halda sülhün əldə edilməsində heç bir maneə qalmayacaq. Bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır", - deyə o qeyd edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Türkmənistana işgüzar səfər edib. Səfər çərçivəsində Türkmənistan Prezidenti cənab Sərdar Berdiməhəmmədov Azərbaycan nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq, qardaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin daha da möhkəmləndirilməsi, biznes tərəfdaşlığının şaxələndirilməsi, birgə təşəbbüslərin təşviqi, eləcə də regional iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti mürəkkəb olaraq qalır və hərbi əməliyyatların davam etdiyi ərazilərə səfər edən Azərbaycan vətəndaşları son dərəcə ehtiyatlı olmalıdırlar. Nazir bildirib ki, hərbi əməliyyatların və silahlı toqquşmaların baş verdiyi bölgələrdə vəziyyət çox sürətlə dəyişə bilir. Onun sözlərinə görə, belə şəraitdə həm diplomatik mexanizmlər, həm də aidiyyəti dövlət qurumları fəaliyyətlərini koordinasiyalı şəkildə həyata keçirirlər
İordaniyanın xarici işlər naziri Azərbaycan və Ermənistan arasındakı sülh razılaşmasını da alqışlayıb
2026-cı ilin hazırlıq planına uyğun olaraq Quru Qoşunlarının rəhbərliyi altında Quru Qoşunlarının hərbi hissələrinin iştirakı ilə irimiqyaslı əməliyyat təlimi keçirilir. Bildirilib ki, təlimdə komando, motoatıcı, mexanikləşdirilmiş və artilleriya briqadalarının, təminat hərbi hissələrinin şəxsi heyəti ilə yanaşı səfərbərlik toplanışına cəlb olunan hərbi vəzifəlilər də iştirak edir.
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin və bu ölkədəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirov əl-Əzhər Universitetində təhsil alan Hindistanlı Tələbələr Birliyi tərəfindən təltif olunub. S.Nəsirova elm və təhsil sahəsində 25 ildən artıq davam edən fəaliyyətinə, eləcə də tələbələrə göstərdiyi dəstəyə görə Tələbə Birliyinin təşəkkürnaməsi və plaketi təqdim olunub.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Zimbabve Milli Assambleyasının sədri Yakob Mudendanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı iki ölkə arasında siyasi dialoqun inkişafı, parlamentlərarası əlaqələrin genişləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər təhsil, turizm, mədən sənayesi, kənd təsərrüfatı və dövlət xidmətləri sahəsində əməkdaşlığın perspektivlərini dəyərləndiriblər. Görüşdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və COP29-un nəticələri də diqqət mərkəzində olub. Ceyhun Bayramov Zimbabveni BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi münasibətilə təbrik edib. Tərəflər BMT və digər beynəlxalq platformalarda əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar. Görüşdə regional vəziyyət və sülh gündəliyi ilə bağlı fikir mübadiləsi də aparılıb.
İyulun 7-də Özbəkistan Respublikasında keçirilən I Beynəlxalq İslam Sivilizasiyası Forumu öz işinə başlayıb. Tədbirdə Azərbaycan, Mərakeş, Misir, İordaniya, Malayziya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Fələstin, Maldiv, Suriya, Rusiya, Serbiya, Finlandiya, Oman və digər ölkələrdən dini məsələlər və mədəniyyət sahələrinə məsul dövlət orqanlarının rəhbərləri, dini liderlər, beynəlxalq təşkilatların, ali təhsil, elmi-tədqiqat müəssisələrinin nümayəndələri iştirak edirlər.
Hazırda təhlükəsizlik anlayışı əvvəlki dövrlərdən fərqli məzmun daşıyır
Azərbaycana sağlamlıq bərpası və reabilitasiya proqramı çərçivəsində 30 ukraynalı uşaq gəlib. Onlar Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşlarının övladlarıdır. Uşaqları Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanında rəsmi şəxslər qarşılayıblar. Proqram çərçivəsində onlar Qəbələdə istirahət edəcək və sağlamlıqlarını bərpa edəcəklər. Səfər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə təşkil olunub. Müharibə başlayandan bəri artıq 662 ukraynalı uşaq Azərbaycanda bu proqramdan faydalanıb. Təkcə bu ilin əvvəlindən 190 uşaq reabilitasiya imkanından yararlanıb. Proqram Azərbaycan ilə Ukrayna arasında humanitar əməkdaşlığın mühüm nümunələrindən biri hesab olunur.