Yeni rüsumlar avqustun 7-dən qüvvəyə minəcək. Bu müddət, gömrük və sərhəd xidmətinə yeni rüsumların tətbiqi ilə bağlı zəruri dəyişiklikləri həyata keçirmək üçün verilib.
#Gömrük rüsumu
ABŞ və Çin arasında Stokholmda keçirilən danışıqlardan sonra gömrük rüsumları ilə bağlı mövcud güzəşt rejiminin daha üç ay müddətinə uzadılması barədə razılıq əldə olunub.
Ticarət gərginliyi fonunda ABŞ və Çin rəsmiləri arasında danışıqların üçüncü raundu iyulun 28-də İsveçin paytaxtı Stokholmda başlayıb. İki gün davam edəcək görüşlərdə ABŞ tərəfini maliyyə naziri Skott Bessent, Çin tərəfini isə iqtisadi məsələlər üzrə Baş nazirin müavini Hı Lifinqin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
“Bu 15 faizlik rüsumlar və Avropa İttifaqından ABŞ-a ixrac olunan mallar üçün 0 faizlik rüsum – bu fərq açıq şəkildə Almaniya iqtisadiyyatı üçün ağır nəticələr doğuracaq. Bu nəticə bizi qane etməsə də, mövcud şərtlərdə əldə edilə biləcək ən yaxşı razılaşma idi”
ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, Aİ ABŞ-dan 750 milyard dollar dəyərində enerji resursları alacaq və ABŞ iqtisadiyyatına əlavə 600 milyard dollar investisiya yatıracaq. Həmçinin, Brüssel böyük miqdarda hərbi texnika alacağını da öhdəsinə götürüb.
ABŞ Prezidenti Donald Trampın Braziliyaya qarşı rüsumlar tətbiq edəcəyi ilə bağlı hədələri, Braziliyanın BRİKS tərəfdaşları ilə münasibətlərini daha da gücləndirir.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna məsələsində irəliləyiş əldə olunmazsa, Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi hələ də gündəmdədir.
Çin ABŞ-ın Braziliya məhsullarına əlavə tarif tətbiq etməsini tənqid edərək bu addımı digər ölkələrin daxili işlərinə müdaxilə kimi qiymətləndirib.
Amerika Birləşmiş Ştatları avqustun 1-dən etibarən Qazaxıstandan idxal olunan məhsullara 25 faiz gömrük rüsumu tətbiq etmək qərarına gəlib.
Tailand ABŞ-a yeni ticarət sazişi təklif etməyə hazırlaşır. Bu razılaşma amerikalı şirkətlərə ölkə bazarına daha geniş çıxış imkanı verəcək.