#2026 Dünya Kuboku

Azərbaycan milli futbol komandası bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüş saat 20:00-da start götürəcək. Matç “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Argentina millisinin kapitanı Lionel Messi Buenos Airesdə keçirilən Venezuela oyunu ilə azarkeşlərinə unudulmaz anlar yaşadıb. Messinin karyerasının davamı ilə bağlı suallar açıq qalır. Ulduz futbolçu 2026-cı il Dünya Kubokuna qatılıb-qatılmamaq barədə qərarını vermədiyini vurğulayıb.

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev növbəti beynəlxalq təyinat alıb. O, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Litva – Niderland matçında baş hakim funksiyasını icra edəcək. Məsiyevə köməkçi hakimlər kimi Elşad Abdullayev və Pərvin Talıbov dəstək verəcəklər.

Azərbaycan millisinin də rəqib olduğu E qrupunda Türkiyə yığması səfərdə Gürcüstanla üz-üzə gəlib. Qarşılaşmada Türkiyə Mert Müldür və Kerem Aktürkoğlunun (2 qol) sayəsində 3:2 hesablı qələbə qazanıb. Gürcüstan millisinin qollarını Zuriko Davitaşvili və Xviça Kvaratsxeliya vurub.

Messi 2005-ci ildə debüt etdiyi Argentina millisində indiyədək 193 oyun keçirib və 112 qol vurub. O, yığma ilə dünya çempionluğu, iki dəfə Kopa Amerika və 2008-ci ildə Olimpiya qızıl medalını qazanıb. Uzun illərdir Albiselestenin simasına çevrilən futbolçu artıq karyerasının son mərhələsindədir.