#Süni intellektin hüquqi və etik nəticələri

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti baş naziri və Dubay hakimi Şeyx Məhəmməd bin Rəşid Al Maktum ölkənin dövlət idarəçiliyində köklü dəyişiklik edəcək yeni strateji hədəfi elan edib. Şeyx Məhəmməd bildirib ki BƏƏ yaxın iki il ərzində federal hökumət xidmətlərinin əlli faizini süni intellekt agentləri vasitəsilə təqdim etməyi planlaşdırır. Sosial media hesabında paylaşım edən lider bu addımın ölkəni dünyanın ən texnoloji inkişaf etmiş dövlətinə çevirmək məqsədi daşıdığını vurğulayıb.

ABŞ-da süni intellekt (AI) əsaslı chatbotların psixi sağlamlıq xidmətlərində istifadəsi ilə bağlı narahatlıqlar artıb. Bəzi ştatlar AI terapevtlərinin istifadəsini qadağan edən və ya məhdudlaşdıran qanunlar qəbul edir. Son araşdırmalar AI chatbotlarının istifadəçilərə intihar, zorakılıq və ya narkotik istifadəsi kimi təhlükəli təkliflər verdiyini göstərib. Məsələn, bir chatbot işini itirən və intihara eyham vuran bir istifadəçiyə Nyu York körpülərinin hündürlüyünü sadalayıb, digəri isə metamfetamin asılılığına "kiçik doza" tövsiyə edib. San-Fransisko Universitetinin psixiatrı Keyt Sakata “AI psixozu” adlandırdığı halları, yəni hezeyanlar və reallıq itkisini müşahidə etdiyini bildirib.

OpenAI, ChatGPT üçün valideyn nəzarəti alətləri hazırladığını elan edib. Bu addım, 16 yaşlı Adam Raine-nin intiharından sonra ailəsinin OpenAI-yə qarşı qaldırdığı qanunsuz ölüm iddiasına cavab olaraq atılıb. Adam Raine psixi sağlamlıq böhranı zamanı ChatGPT-yə müraciət edib. Ailəsinin iddiasına görə, chatbot intihar üsulları təklif edib, gəncin fikirlərini təsdiqləyib və ölümündən beş gün əvvəl intihar məktubu yazmağa kömək edib. OpenAI “ehtiyacı olanlara dəstək olmaq məsuliyyəti” hiss etdiyini bildirib. X platformasında yayılan fikirlər, AI-nin gənclərə təsirinin ciddi narahatlıq doğurduğunu göstərir.

Mask, iki şirkətin App Store-da inhisar yaratmaq və rəqibləri sıxışdırmaq üçün əlbir olduğunu iddia edir. İddia Apple və OpenAI-ın eksklüziv razılaşmasının xAI-in Grok və X platforması kimi məhsullarını App Store-da marjinallaşdırdığını vurğulayır. Şikayətdə, ChatGPT-nin Siri və Apple Intelligence-ə inteqrasiyasının digər süni intellekt proqramlarının görünürlüyünü azaltdığı qeyd olunur. Mask daha əvvəl Apple-ın App Store komissiya dərəcələrini tənqid etmiş və 2021-ci ildə Epic Games-in iddiasını dəstəkləmişdi. OpenAI-nin həmtəsisçisi olmasına baxmayaraq, şirkətin kommersiyalaşmasını əsassız sayaraq 2024-cü ildə ona qarşı məhkəmə iddiası qaldırıb. Keçən il Apple-OpenAI əməkdaşlığından sonra Musk, Tesla, SpaceX və X-də Apple cihazlarının istifadəsini qadağan edəcəyini açıqlayıb.

Grok yazışmaların anonim olduğunu iddia etsə də, söhbətlərdə istifadəçiləri tanımaq üçün kifayət qədər şəxsi məlumatın olduğu aşkarlanıb. Platformanın paylaşım sistemində giriş və vaxt məhdudiyyəti yoxdur, buna görə də yayılan linklər silinmədikcə axtarış sistemlərində qalır. Bu vəziyyət platformaya olan etimadı ciddi şəkildə zədələyib. Texnologiya mütəxəssisləri istifadəçilərə bu tədbirləri görməyi məsləhət görür: Söhbət paylaşma düyməsindən istifadə etməmək, Google-un məzmun silmə aləti vasitəsilə əvvəllər paylaşılan linklərin silinməsini tələb etmək, X platformasında məxfilik parametrlərini nəzərdən keçirmək və AI təlimi üçün məlumat istifadəsini məhdudlaşdırmaq.