Bakı şəhəri Səbail rayon məhkəməsində məhkəmə baxışı zamanı Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.
#SOCAR
Sentyabrın 4-də Türkiyənin İzmir şəhərində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə Azərbaycan-Türkiyə 4-cü Enerji Forumu keçiriləcək. Bu barədə AzerVoice Energetika Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, forumda karbohidrogen və neft-kimya, bərpa olunan enerji, enerji səmərəliliyi, tənzimləmə, mədənçilik və digər istiqamətlər üzrə müzakirələrin aparılması və protokolun imzalanması nəzərdə tutulur. Forum çərçivəsində, həmçinin, SOCAR Əliağa terminalına səfər planlaşdırılır. Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, 2-ci Forum 2022-ci il 5-6 oktyabr tarixlərində İstanbul şəhərində, 3-cü Forum isə 2023-cü il 28-29 sentyabr tarixlərində Naxçıvan şəhərində keçirilib.
25 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə görüşüb. AzerVoice xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rusiya ordusu avqustun 18-nə keçən gecə Ukrayna ərazisinə pilotsuz uçuş aparatları ilə növbəti dəfə hücum edib. AzerVoice xarici KİV-ə istinadən xəbər verir ki, hücum zamanı Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsinə zərbə endirilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəfin ABŞ-nin İxrac-İdxal Bankının prezidenti və sədrinin baş müşaviri Dan Neqreanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü baş tutub.
Əvvəlcə dövlətimizin başçısı İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb.Sənədi Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar.
Qaz təchizatı layihəsində Qətər dövlətinin də mühüm töhfəsi var. Azərbaycan, Türkiyə və Qətər regionda dayanıqlı sülhün bərqərar olmasında maraqlıdırlar və bu istiqamətdə birgə fəaliyyət göstərirlər.
Müqavilədə bu layihə ilə bağlı tam həcmdə yerinə yetirmək öhdəliyini üzərimizə götürmüşük. Gələcəkdə biz bu bölgədə SOCAR-ın fəaliyyətinin genişləndirilməsini planlaşdırırıq.
Cari ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə qaz hasilatının həcmi 4 milyard kubmetr olub.
Dünyanın siyasi xəritəsində geosiyasi plitələr tərpənəndə, bu titrəyişə sadəcə ayaq uydurmaq yox, onu fürsətə çevirib öz mövqeyini gücləndirə bilən ölkələr çox azdır.
İyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan Özbəkistanla qaz hasilatı, emalı, nəqli və pərakəndə satışı zamanı vergi effektivliyi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.