#SOCAR

"Xarici siyasətin davam edən normallaşması, o cümlədən Azərbaycandan yanacaq tədarükünün bu yaxınlarda başlaması bazar əhval-ruhiyyəsini dəstəkləyir. Biz Ermənistanın 2026-cı il üçün makroiqtisadi proqnozunu müsbət qiymətləndiririk. Geosiyasi mühitin yaxşılaşması və milli valyutanın sabitliyi 2026-cı ildə inflyasiya dinamikası üçün əlverişli şərait yaradır", - hesabatda qeyd edilir.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Davosda Dünya İqtisadi Forumunun 56-cı illik toplantısı çərçivəsində “Texnoloji transformasiya vasitəsilə enerji keçidinin sürətləndirilməsi: Süni intellekt əsaslı sənaye” mövzusunda panel sessiya təşkil edib.

“Quality & Document Management System” (QDMS) platforması “Kompleks qazma işləri” trestində uğurla istifadəyə verilib. Sözügedən platforma keyfiyyətə əminlik və nəzarət mexanizmlərinin şəffaf, izlənəbilən və standartlara uyğun şəkildə idarə olunmasını təmin edir. Növbəti mərhələdə SOCAR üzrə istifadəçi əhatəsi mərhələli şəkildə genişləndiriləcəkdir. Bu cür platformaların tətbiqi SOCAR-da əməliyyat mükəmməlliyi, standartlaşdırma və davamlı təkmilləşmə hədəflərinə mühüm töhfə verməkdədir.

Prezident İlham Əliyevin qərarı ilə oktyabrda Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə yük göndərişi davam edir. Dekabrın 18-də Azərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib.

Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası, Assosiasiyası Dövlət Neft Şirkəti (SOCAR), Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi arasında üçtərəfli sənayedə təhlükəsizlik, əmək mühafizəsi və ətraf mühitin qorunması sahəsində birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.Sənəd Bakıda keçirilən III Sənaye Təhlükəsizliyi Zirvəsində imzalanıb. Memorandum Fövqəladə Hallar Nazirinin müavini Tapdıq Əmiraslanlı, SOCAR-ın əməliyyat dəstəyi, sağlamlıq və təhlükəsizlik üzrə vitse prezidenti Fuad Musaye və Azərbaycan Sənaye Təhlükəsizliyi Asosiasiyası İctimai Birliyinin İdarə Heyyətinin Sədri Orxan Xəlilzadə imzalayıb.

14 noyabr 2025-ci il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf “DeGolyer and MacNaughton” şirkətinin sədri və baş icraçı direktoru Con Vallas ilə görüşüb. Görüşdə şirkətlər arasında karbohidrogen ehtiyatlarının hesablanması və qiymətləndirilməsi, neft-qaz yataqlarının işlənməsi planlarının optimallaşdırılması istiqamətləri üzrə uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub. Bu xüsusda, birgə həyata keçirilən layihələrin icra vəziyyəti nəzərdən keçirilib.

Neft sektoru üzrə 2025-ci ilin proqnozu ilə müqayisədə azalmaya səbəb Yanacaq Enerji Balansının göstəricilərinə əsasən, Azərbaycan Respublikasında istehsal olunan və daxili istehlaka yönəldilən Aİ-95 markalı avtomobil benzini istehsalının nəzərdə tutulmaması, istehlakın Aİ-92 markalı avtomobil benzini üzrə 239,9 min ton və ya 14,7 faiz, dizel yanacağı üzrə isə 298,5 min ton və ya 13,7 faiz azalma ilə proqnozlaşdırılmasıdır.